2023-cü ilin yanvar-aprel aylarında neft-qaz sektorunda məhsul istehsalı 3,3 faiz azalıb.
Ednews Dövlət Statistika Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, qeyri neft-qaz sektorunda məhsul istehsalı 6,1 faiz artıb.
Qeyd edək ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 24,3 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz az sənaye məhsulu istehsal edilib.
Mədənçıxarma sektorunda da əmtəəlik neft hasilatı 8,0 faiz azalıb, amma əmtəəlik qaz hasilatı 1,9 faiz artıb.
Sənaye məhsulunun 71,1 faizi mədənçıxarma sektorunda, 23,6 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.