2023-cü ildə Azərbaycan aviaşirkətləri Ermənistan Respublikasının hava məkanı vasitəsilə həyata keçirilən uçuşlar üçün " Armenaviqasiya " şirkətinə 39 968,9 avro ödəyib.
Ednews xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin "NEWS.am"ın sorğusuna verdiyi cavabda deyilir.
Ödəniş müəyyən olunmuş qaydada “ Avrokontrol ” təşkilatının mərkəzi ofisi vasitəsilə həyata keçirilib.