Xəbər verdiyimiz kimi, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, "Taxıl sazişi" ilə bağlı razılaşmalar dayandırılıb. Sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən kimi Moskva dərhal “Taxıl sazişinə”nə qayıdacaq.
"Taxıl Sazişi"nin dayandırılması qlobal iqtisadiyyata necə təsir edəcək?
Bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov Ednews-a açıqlamasında bildirib ki, "Taxıl Sazişi"nin müddətinin yenilənməməsi sadəcə qısamüddətli təlatüm dövrü yarada bilər:
"Ümumilikdə "Taxıl Sazişi"nin müddətinin uzadılması ehtimalı yüksəkdir. Rusiya tərəfi indiki vəziyyətdə maksimum təsir göstərməklə tətbiq olunmuş sanksiyalarla bağlı müəyyən güzəştlər əldə etmək istəyir. Rusiyanın sazişin müddətini uzatmaqdan başqa çıxış yolu yoxdur. Çünki Rusiya "Taxıl Sazişi"nin müddətini uzatmayacağı təqdirdə rəsmi Moskvaya qarşı olmayan ölkələrlə münasibətini korlaya bilər. Bu ölkələrdən biri də Türkiyədir.
Ekspert bildirdib ki, "Taxıl Sazişi"nin dayanmasının Azərbaycana təsirinə gəlincə, çörəyin və unun qiymətinə gec təsir edə bilər.
"Müşahidələrə görə, dünya bazarında buğdanın qiyməti qalxdıqdan 3-4 ay sonra Azərbaycanın yerli bazarına təsir edir. Ona görə ki, ölkəmiz ərzaq təhlükəsizliyinə daha etibarlı və starteji mövqedən yanaşır. Azərbaycanın buğda ehtiyatı qısamüddətli dövr üçün risk yaşamır. Sadəcə olaraq müəyyən təsərrüfat subyektləri məhdudiyyətlər tətbiq edə bilərlər. Halbuki buna ehtiyac yoxdur. Dünya bazarında taxılın qiymətinin 2022-ci ildəki maksimal buğda qiymətinə çatacağı gözlənilmir".
Oguz