Dünya Bankı (DB) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
Ednews xəbər verir ki, bu barədə Dünya Bankının "Regional Economic Outlook" hesabatında bildirilib.
DB Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2023-cü il üzrə 1,5 %, 2024-cü ildə isə 2,4 % artacağını proqnozlaşdırıb. Dünya Bankı 2025-ci il üzrə isə Azərbaycanda ÜDM-in 2,5% artacağını müəyyən edib.