Dünya neft qiymətlərinin yüksək olmasını və qeyri-neft ixracının artmasını nəzərə alsaq, Azərbaycanın cari əməliyyatlar balansı profisitlidir.
Ednews xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, bu da öz növbəsində ölkənin strateji valyuta ehtiyatlarına təsir edib.
"Ölkənin strateji valyuta ehtiyatları bu ilin avqust ayında 14,5% artaraq 67,5 milyard ABŞ dollarına çatıb", deyə AMB sədri əlavə edib.