Anqola Respublikası OPEC-in (neft ixrac edən ölkələr birliyi) tərkibindən çıxacaq.
Ednews xəbər verir ki, bu barədə ölkənin neft, qaz və mineral ehtiyatlar naziri Diamontino Azevedo məlumat verib.
Nazir qeyd edib ki, artıq bununla bağlı Anqola prezidenti Joao Lourensonun rəhbərlik etdiyi Nazirlər Şurasının iclasında qərar qəbul edilib.
Qərarın qüvvəyə minəcəyi tarix açıqlanmayıb.