Yanvarın 1-də Qazaxıstan TON-2 magistral boru kəməri ilə daşınan Rusiya neftinin nəqli üçün tarifi artırıb.
Ednews xəbər verir ki, bu barədə “KazTransOil” milli operatorunun rəsmi saytında məlumat verilib.
Belə ki, bir ton Rusiya neftinin 1000 km məsafəyə tranzitinin yeni dəyəri 11,28 dollar təşkil edir.
Müvafiq sərəncam dekabrın əvvəlində şirkətin idarə heyətinin sədri tərəfindən təsdiq edilib. Həmin vaxta qədər isə min kilometr tranzitə görə qiymət bir ton üçün 9,3 dollar olub.