Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə əsas ticarət tərəfdaşıdır.
Ednews xəbər verir ki, yanvar-fevralda 154,4 milyon ABŞ dolları dəyərində məhsul göndərilib. 2023-cü ilin eyni dövründə bu göstərici 137,7 milyon ABŞ dolları təşkil edib.
Azərbaycandan qeyri-neft məhsullarının əsas idxalçıları siyahısına Rusiyadan əlavə, Türkiyə, Gürcüstan, Ukrayna və Qırğızıstan daxildir.
Əsas qeyri-neft ixracı məhsulları elektrik enerjisi, pambıq toxumu və pomidor olub.
Azərbaycan hökuməti 2026-cı ilədək qeyri-neft məhsullarının ixracının həcmini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.