Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB

İqtisadiyyat 18:44 17.04.2024

Azərbaycan və Rusiyanın Tatarıstan bölgəsi arasında ticarət, nəqliyyat-logistika, energetika, turizm, sənaye, innovasiyalar, KOB və humanitar sahələrdə əlaqələrin inkişafı barədə müzakirələr aparılıb.

Ednews xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Azərbaycanda səfərdə olan Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə keçirilən görüşdə aparılıb.

Tərəflər Azərbaycan-Tatarıstan iqtisadi tərəfdaşlığının inkişaf istiqamətləri, sənaye parkları çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi, sərmayələrin təşviqi üçün mövcud potensialdan istifadənin genişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Bakıda Azərbaycan ilə Tatarıstan arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. Komissiyanın Azərbaycan tərəfindən həmsədri M.Cabbarov, Tatarıstan tərəfindən isə O.Korobçenkodur.

İclasda Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin, o cümlədən Tatarıstanla bir çox sahələrdə möhkəm dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Vurğulanıb ki, iqtisadi-ticarət sahəsində əməkdaşlıq ikitərəfli tərəfdaşlıqda mühüm rol oynayır. Ticarət dövriyyəsinin artırılması üçün hər iki tərəfdə böyük potensial mövcuddur. Tərəfdaşlığın digər perspektivli sahəsi sənaye zonaları üzrə əməkdaşlıq, birgə istehsalın təşkilidir. Bundan başqa, incəsənət, təhsil sahələrində, o cümlədən, tələbə mübadiləsi istiqamətində perspektivlər böyükdür.

Qeyd edilib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri “ağıllı” şəhər və kəndlər konsepsiyası əsasında aparılır.
Bütün layihələr ən müasir texnologiya və standartlar əsasında həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan “yaşıl enerji” zonası elan edilib və bu ərazilərdə alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir.

Tatarıstan şirkətləri Azərbaycanın əlverişli investisiya mühitindən yararlanmağa dəvət olunub.

Tədbirdə təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarına dair təqdimatlar olub.

İclasın sonunda Hökumətlərarası Komissiyasının yekunlarına dair Protokol imzalanıb.

Azərbaycanda səfərdə olan Tatarıstan nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına (AİZ) səfər edib, AİZ-də aparılan işlərlə, yaradılan şəraitlə yaxından tanış olublar. Səfər çərçivəsində Tatarıstan nümayəndə heyətinin İqtisadi Zonaların İnkişafı Agentliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) işgüzar görüşləri, həmçinin “Bakı KOB evi”nə səfəri nəzərdə tutulub.

***

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Tatarıstan bölgəsinin Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə Azərbaycanla Tatarıstanın iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edilb.

Ednews xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, tərəflər arasında sənaye parkları çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi, sərmayələrin təşviqi üçün mövcud potensialdan istifadənin genişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi müzakirə obyekti olub.

25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - VİDEO

Xəbər xətti

Səməd Seyidovdan almaniyalı nümayəndəyə CAVAB: “Şvabe Avropa Şurasını biabır edən siyasi terrorçudur”
22:00 30.04.2024
Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə MƏLUMATLANDIRILIB
21:42 30.04.2024
Ukrayna Ali Radasının sədr müavini ilə ANAMA-da görüş keçirilib
21:33 30.04.2024
Naxçıvanda sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2,5 dəfə artıb
21:21 30.04.2024
Azərbaycanlı general vəfat etdi - FOTO
21:12 30.04.2024
Ukrayna PUA alışı üçün daha 392 milyon dollar ayırıb
21:00 30.04.2024
Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində beynəlxalq öhdəliklər müzakirə edilib
20:56 30.04.2024
Ermənistan prezidenti delimitasiyadan danışdı
20:50 30.04.2024
Nazir müavini: Azərbaycanla Polşa arasında münasibətlər tarixi köklərə əsaslanır
20:46 30.04.2024
Cəlilabadda tütündən istifadə qaydalarını pozan 12 nəfər cərimələnib
20:40 30.04.2024
Tokayev rəqəmsal inkişaf nazirini vəzifəsindən azad edib
20:33 30.04.2024
Azərbaycanın bir rayonunun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq
20:20 30.04.2024
Yardımlı və Masallının mərkəzində qazın verilişi bərpa olunub
20:11 30.04.2024
Umud Mirzəyev erməni separatçılarını topa tutdu - VİDEO
20:00 30.04.2024
Ankarada şagird məktəbdə müəllimini bıçaqladı
19:49 30.04.2024
Fazil Mustafa şair Ağacəfər Həsənlini təbrik edib - MƏTN
19:45 30.04.2024
Mirzoyandan ETİRAF: "Rusiya ilə münasibətlərdə problemlərimiz var"
19:38 30.04.2024
Anar Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib
19:20 30.04.2024
Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb
19:11 30.04.2024
Göygöldə avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var
19:00 30.04.2024
Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq
18:40 30.04.2024
ANAMA sədri: Mina problemi regionun inkişaf səylərinə əhəmiyyətli dərəcədə mənfi təsir edir
18:34 30.04.2024
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb
18:24 30.04.2024
Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır
18:12 30.04.2024
"Laçında ermənilər evləri belə dağıdıblar" - Umud Mirzəyev - VİDEO
18:00 30.04.2024
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - VİDEO
17:55 30.04.2024
“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı ARTIRILDI
17:50 30.04.2024
FHN-dən əhaliyə MÜRACİƏT
17:46 30.04.2024
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olundu
17:34 30.04.2024
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:21 30.04.2024
Onlar imtahanda maksimum bal topladı - Fotolar
17:09 30.04.2024
Fransa rəsmisi: Azərbaycan Fransaya zərər vermək üçün - VİDEO
Fransa rəsmisi: Azərbaycan Fransaya zərər vermək üçün - VİDEO
16:49 30.04.2024
ÜST: Quş qripi virusunun ABŞ-dan digər ölkələrə keçmə riski var
ÜST: Quş qripi virusunun ABŞ-dan digər ölkələrə keçmə riski var
16:45 30.04.2024
Amerikalı professordan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Amerikalı professordan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
16:39 30.04.2024
İsti havada işləməyin sağlamlıq riskləri nələrdir?
İsti havada işləməyin sağlamlıq riskləri nələrdir?
16:30 30.04.2024
May ayının əvvəllərində Şuşaya 20 ailə köçürüləcək - Püşkatma keçirildi
16:22 30.04.2024
Azərbaycan XİN Fransanın daxili işlər nazirinə cavab verib
16:10 30.04.2024
Bu münaqişəni İran yox, İsrail başlatdı - Amerikalı ekspertdən İDDİA - VİDEO
16:05 30.04.2024
"Ermənistanın bütün işi hər kəsə çamur atmaqdır" - Umud Mirzəyev - VİDEO
16:00 30.04.2024
Şuşada VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Şuşada VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
15:59 30.04.2024
Hamısı