“Ermənistan-Rusiya münasibətləri kontekstində müəyyən problemlər və məsələlər var və bəli, bu məsələlərlə bağlı dialoqumuz var”.
Ednews xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Mirzoyan qeyd edib ki, Rusiya tərəfi ilə qarşılıqlı anlaşmanın zəruri olduğu məsələlər var:
“Amma hesab edirəm ki, belə problemlər bütün ölkələrarası münasibətlərdə mövcuddur”.