"Eurasia Diary" RİA "Novosti" agentliyinə istinadən məlumat verir ki, İran neft hasilatını 2019-cu ildə 4 mln. barel/gün səviyyəsinə çatdırmağı planlaşdırır.
Belə ki, İranın neft naziri Bican Zanqane tərəfindən "Reuters" agentliyinə verilən açıqlamada qeyd edilib ki, 2020-ci ilə qədər İranın neft hasilatı 4,28 mln. barel/gün səviyyəsinə çatmalıdır. Xatırladaq ki, OPEC-in yaydığı xəbərə əsasən, İran sentyabrda orta hesabla 3,66 mln. barel/gün neft hasil edib.