İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində beynəlxalq konfrans keçirilib

İqtisadiyyat 13:45 24.11.2016
Noyabrın 24-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM), Avropa İttifaqı (AI), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və SİGMA-nın birgə təşkilatçılığı ilə “Dövlət İdarəetmə Prinsipləri: Beynəlxalq təcrübə və inkişaf perspektivləri“ mövzusunda konfrans keçirilib.
 
"Eurasia Diay"yə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, konfransı giriş nitqi ilə Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov açıb. Elxan Mikayılov tədbirin önəmindən danışaraq, bildirib ki, Azərbaycanda  qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində ciddi işlər görülüb. O əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olub. Buna görə də  ölkə başçısının tapşırılıqları siyasi islahatların iqtisadi islahatlarla paralel şəkildə aparılmasıdır. Bu istiqamətdə Prezidentin sərəncam və  fərmanları, eləcə də qəbul olunmuş qanun layihələri atılan addımları daha da effektiv edib. Elxan Mikayılov həmçinin bildirib ki, beynəlxalq qurumlarla əməkdaşlıq və təcrübə mübadiləsi fəaliyyətin səmərəliliyini artırır. 
 
Sonra SİGMA-nın rəhbəri xanım Karen Hill çıxış edərək bilidirib ki, tədbirin məqsədi Azərbaycanın iqtisadi və sosial inkişafı üçün səmərəli, məsuliyyətli, effektiv və şəffaf dövlət idarəçiliyinin həyata keçirilməsinin mühümlüyünü çatdırmaq, o cümlədən islahatlarla bağlı müvafiq tədbirləri müəyyən etmək və bu prosesə dəstək verməkdir. K.Hill  dövlətin maliyyə vəsaitindən  səmərəli şəkildə istifadəni, iqtisadi və sosial sahələrdə nailiyyətlərin əldə olunması və bununla da vətəndaşların rifahının yaxşılaşdırılması və ölkənin beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün yaxşı idarəetmənin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. “Hər bir ölkədə olduğu kimi şübhəsiz ki, Azərbaycanda da dövlət idarəçiliyinin daha yaxşı fəaliyyət göstərməsi üçün potensial vardır. Bu məqsədə nail olmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər qurumların müvafiq şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq, o cümlədən iqtisadi və sosial islahatlar üçün zəruri əlavə dəstək rolunu oynamaqla uğurlu fəaliyyətə zəmin yaradacaq. ”
 
İİTKM-nin İcraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı çıxışında  bilidirib ki, Azərbaycanda dövlət idarəetməsi ilə bağlı islahatlar yeni iqtisadi paradiqmanın tələblərinə uyğun olaraq uğurla davam etdirilir: “Dövlətə məxsus müəssisələrin səmərəliliyinin qiymətləndirilməsi sahəsində tətbiq edilən və beynəlxalq təcrübədə tövsiyə edilən qabaqcıl qaydalar öyrənilib və Prezident Fərmanına uyğun olaraq tətbiq ediləcək. Dövlət müəssisələri üçün effektiv fəaliyyət üzrə uyğun mexanizmlər müəyyənləşdiriləcək. Bu sahədə dövlət idarəetməsi islahatları mərhələli şəkildə həyata keçiriləçək.” Dr. Qasımlı həmçinin əlavə edib ki, Milli iqtisadiyyatın strateji yol xəritəsi çərçivəsində də dövlət idarəetmə islahatlarının istiqamətləri müəyyənləşdirilib.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycanın spesifik inkişaf modelinə malik olduğunu və bu strateji inkişaf kursunun Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləri sayəsində isə yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. “Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər iqtisadiyyatın inkişafı yönündə mühüm addımlar atılıb. Bunun nəticəsində də Azərbaycan regionda iqtisadi baxımdan ən güclü dövlətdir”. Akademik həmçinin əlavə edib ki, milli iqtisadiyyatımızın inkişafı istiqamətində hazırda sistemli islahatlar həyata keçirilir və bu islahatlar gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycan dünyada layiqli yerini tutmağa müvəffəq olub. Ziyad Səmədzadənin fikrincə, beynəlxalq qurumlar da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. 
 
Milli Məclisin deputatı Vüsal Hüseynov və ASAN xidmətin aparat rəhbəri Azad Cəfərli “Azərbaycanda cari islahatlar və potensial islahatlar üzrə əsas təmərküzləşmə sahələri” mövzusunda məruzə ediblər.  
 
Konfrans zamanı Avropa İttifaqı Komissiyasının Qafqaz, Belarus və Şərq Tərəfdaşlıq üzrə nümayəndəliyinin rəhbəri Vassilis Maraqos və Aİ nümayəndə heyətinin rəhbəri Malena Mard  “İnstitusional islahatlar - uğurlu inkişaf üçün əsas şərt” adlı məruzə ilə çıxış ediblər. SİGMA-nın baş məsləhətçiləri Marian Lemke, Kaido Paabusk, Daniel İvarsson xüsusi sahələr üzrə İdarəetmə Prinsiplərini təqdim edərək, iştirakçıların suallarını cavablandırıblar. Avropa İttifaqı Əməkdaşlıq Departamentinin rəhbəri Jeroen Viilems isə  qurumun institusional islahatları dəstəkləyən hazırki və potensial fəaliyyət istiqamətləri barədə danışıb.
 
Konfransda Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, ASAN, ABAD, Hesablama Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət İmtahan Komissiyası, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Sahibkarlığa kömək Milli Fondu, Azpromo, Dünya Bankı, ADA, DİA, Azərbaycan Dövlət İqtisad Universitetinin bir sıra QHT-lərin nümayəndələri iştirak ediblər.
 
Müzakirələrin sonunda iştirakçıların rəyi dinlənildikdən sonra İqitisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və SİGMA təşkilatının rəhbəri Karen Hill yekun nitqi ilə çıxış ediblər.
 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Hamısı