Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb.
"Eurasia Diary" xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 3,47 dollar və ya 6,72% artaraq 55,11 dollar təşkil edib.
OPEK ölkələrinin neft hasilatını azaltmaqla bağlı razılıq əldə etmələrindən sonra İCE London birjasında “Brent” markalı neft 4,36 faiz bahalaşraq barreli 54,12 dollara yüksəllib. Bu, 9 oktyabrdan sonra ilk belə yüksək göstəricidir.
WTI markalı neftin fevral fyuçersi isə 2,23% artaraq barreli 51,53 dollara qədər bahalaşıb.