Mayın 5-də SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı” günü keçiriləcək.
“EDnews” xəbər verir ki , tədbirdə ali təhsil almaq istəyən gənclərə BANM-in tədris proqramları, kafedraları və imkanları ilə yaxından tanış olmaq imkanı yaradılacaq. Kampus turu və məlumat sessiyaları sayəsində, BANM-in tədris mühiti və imkanları haqqında ətraflı məlumat veriləcək.
Tədbirə qatılmaq istəyənlərə öncədən qeydiyyatdan keçmələri tövsiyə olunur.
Fatimə Mərdanlı //EDnews