BMT-də Azərbaycanın mina problemi ilə bağlı brifinqi pozmağa cəhd edən erməni diplomata cavab verildi

Xarici siyasət 03:12 05.04.2025

BMT-nin Nyu-Yorkdakı baş qərargahında Azərbaycanın mina problemi ilə bağlı brifinqi pozmağa cəhd edən erməni diplomata tutarlı cavab verilib.

“EDnews” xəbər verir ki, bunu “Report”un ABŞ bürosuna açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

F.Şəfiyev vurğulayıb ki, Ermənistan Azərbaycanın mina məsələsini guya siyasiləşdirdiyini iddia etsə də, faktlar bunun əksini göstərir: "Azərbaycan ərazisində yüz minlərlə mina yerləşdirilib və bu minaların böyük əksəriyyəti Ermənistan tərəfindən yerləşdirilib. Təbii ki, bu fəaliyyətlər Ermənistanda narahatlıq doğurur. Düşünürəm ki, Azərbaycan hökuməti mina problemini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində olduqca fəal addımlar atır. Hazırda Vaşinqtonda ANAMA nümayəndələri fəaliyyət göstərir və bu istiqamətdə məlumatlandırma işi intensiv şəkildə davam etdirilir. Belə tədbirlərin əsas məqsədi bu problemin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Ermənistan tərəfi də əks tədbirlər görməyə çalışır. Tədbir zamanı Ermənistan nümayəndəsinə tutarlı cavab verildi. Eyni zamanda brifinqdə iştirak edən bir sıra ölkələrin - Nikaraqua, Pakistan, Türkiyə və İtaliyanın nümayəndələri Azərbaycanın mövqeyini dəstəklədiklərini açıq şəkildə ifadə etdilər”.

F.Şəfiyev bildirib ki, Azərbaycanda Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinin açılması planlaşdırılır: "Mən öz çıxışımda bu təşəbbüsdən bəhs etdim. Azərbaycan torpaqlarının minalardan təmizlənməsi zamanı biz yeni texnologiyaları tətbiq etməklə mühüm təcrübə toplayırıq. Bu təcrübənin Afrika, Asiya və digər region ölkələrinə də ötürülməsi nəzərdə tutulur. Bu sahədə BMT institutları, o cümlədən bir sıra özəl donorlar, xüsusilə də ABŞ-dən olan donorlar, minaaxtaran itlərin alınmasında fəal iştirak edirlər. Başlanğıc mərhələdə bu fəaliyyətlər Azərbaycanda həyata keçiriləcək”.

F.Şəfiyev qeyd edib ki, hazırda Azərbaycanda mina təmizləmə işlərinin 94 %-i ölkənin öz resursları hesabına həyata keçirilir, yalnız 6 %-i beynəlxalq dəstək vasitəsilə mümkün olub: "Kamboca və Kolumbiya kimi ölkələrlə müqayisədə Azərbaycana beynəlxalq dəstək hələ də olduqca azdır. Halbuki bizə texniki vasitələr, treninqlər, minaaxtaran itlər və digər vasitələr üzrə yardım vacibdir. Təəssüf ki, keçmiş münaqişə kontekstində ikili standartlarla üzləşirik və bu, bu gün də davam edir”.

O əlavə edib ki, Avropa İttifaqının Ermənistana göstərdiyi yardımın həcmi də ikili standartlara bariz nümunədir: "Halbuki Ermənistan ərazisində genişmiqyaslı münaqişə olmayıb. Bütün dağıntılar və mina təhlükəsi Azərbaycan ərazisində cəmlənib. Azərbaycan olaraq bizdə bu problemi həll etmək üçün iradə və resurslar mövcuddur. Sadəcə zaman tələb olunur. Əsas prioritetimiz isə məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasını təmin etməkdir”.

"Haber Global"da Yekaterinburqda azərbaycanlılara qarşı vəhşiliklərlə bağlı müzakirələr təşkil olunub

Xəbər xətti

Yayda dönər yemək təhlükəlidir?
20:37 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
20:22 29.06.2025
Yunan mətbuatı Miçotakisi tənqid atəşinə tutdu
20:10 29.06.2025
"Ermənistanda baş verənlərə qarışmırıq"
19:55 29.06.2025
Serbiyadakı etirazlar böyüyür: Onlarla saxlanılan var
19:37 29.06.2025
İyulun bəxtəvər bürcləri -Ulduzlar İyul ayı üçün nə deyir?
19:23 29.06.2025
Neft qiymətləri necə dəyişəcək? -Ekspert danışdı
19:08 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirildi
18:51 29.06.2025
Xəzərdə meyit tapılıb
18:45 29.06.2025
"Faşist Putin hakimiyyətini pisləyirik"
18:35 29.06.2025
Ən optimal yuxu pozası hansıdır?
18:22 29.06.2025
Bu markalı tozsoranlar partlayış təhlükəsi səbəbindən geri toplanılır
18:07 29.06.2025
"Rusiyada azərbaycanlılara qarşı törədilmiş bu hadisə cinayətdir"
17:53 29.06.2025
Böyük Britaniya tarixində ən böyük kokain partiyalarından biri müsadirə edildi
17:38 29.06.2025
"Klublararası dünya çempionatı indiyə qədər reallaşdırılmış ən pis ideyadır"
17:24 29.06.2025
Keyt Middleton ölümlə üz-üzəymiş
17:09 29.06.2025
Messi "PSJ"-dəki karyerasından danışdı: "Zövq almadığım iki il oldu..."
16:48 29.06.2025
Son bir ildə 64 məktəb bağlanıb -Ekspertlər nə düşünür?
16:33 29.06.2025
Sabah bəzi rayonlarda ildırım çaxacaq -Sabahın Hava Proqnozu
16:18 29.06.2025
NATO ölkələri bir ilə ABŞ silahlarına 21 milyard xərcləyib
16:03 29.06.2025
Qitələri birləşdirən enerji siyasəti
15:46 29.06.2025
Dünyanın ən qədim daşları tapıldı
15:31 29.06.2025
Ukrayna Silahlı Qüvvələrinin F-16-sı vuruldu
15:16 29.06.2025
Ayaz Səfərov da həbs edildi
15:08 29.06.2025
Kolumbiyada güclü torpaq sürüşməsi baş verib
15:01 29.06.2025
"İran Fars körfəzi ölkələrinin etimadını sarsıdıb"
14:46 29.06.2025
Atlantik okeanının dibində minlərlə radioaktiv tullantı konteyneri tapıldı
14:31 29.06.2025
"Tramp prezidentlik müddətinin dörddə birini qolf meydançasında keçirib"
14:16 29.06.2025
"Doppl nədir" və nəyə yarayacaq? -"Google" yeni tətbiqini test edir
13:57 29.06.2025
İsrailin zərbəsi nəticəsində Evin həbsxanasında 71 nəfər ölüb
13:38 29.06.2025
Hindistanda on milyonlarla insan uranla çirklənmiş su içir
13:23 29.06.2025
Peru ABŞ-dən deportasiya edilən miqrantları həbsxanalarına qəbul etməyəcək
13:08 29.06.2025
Göteborq limanında toksinlər və aqressiv birhüceyrəli növlər tapılıb
12:53 29.06.2025
PKK İraqdakı Türkiyə hərbçilərinə hücum etdi
12:38 29.06.2025
"Mitsubishi F-2" niyə "F-16"dan üstündür?
12:19 29.06.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edəcək
12:08 29.06.2025
Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir
12:02 29.06.2025
"Rusiya qazından imtina qərarından ən çox Slovakiya zərər görəcək"
11:48 29.06.2025
"Haber Global"da Yekaterinburqda azərbaycanlılara qarşı vəhşiliklərlə bağlı müzakirələr təşkil olunub
11:33 29.06.2025
Qırğızıstan Rusiyaya birləşir? – sensasion iddia
11:21 29.06.2025
Hamısı