Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib

Xarici siyasət 09:23 08.05.2025

Ali Məhkəmənin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransında iştirak etmək üçün Türkiyənin Antalya şəhərində səfərdə olub, Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib.

“EDnews” xəbər verir ki,  İnam Kərimov çıxışında qeyd edib ki, Türk Dövlətlərinin Ali Məhkəmələrinin vahid platformada növbəti dəfə bir araya gəlməsi birgə dəyərlər və ortaq hüquqi irs əsasında əməkdaşlığı gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüsün rəsmi təməlinin 2023-cü ilin 19 oktyabrında Azərbaycanın Şuşa şəhərində imzalanmış Bəyannamə ilə qoyulduğunu xatırladan sədr Konfransın hüquqi əməkdaşlığın başlanğıcı üçün mühüm imkanlar yaratdığını diqqətə çatdırıb. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deyən Prezident İlham Əliyevin türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verdiyi vurğulanaraq, türk dünyası ölkələrinin birliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub. 

Qeyd edilib ki, müasir dövrdə məhkəmə sistemlərinin qarşısında duran əsas vəzifələrdən biri ədalət mühakiməsinin şəffaf və çevik həyata keçirilməsi, bu sahədə səmərəliliyin artırılması, vətəndaşların ədalətə çıxış imkanlarının genişləndirilməsidir. Azərbaycanın məhkəmə-hüquq sistemində son illərdə həyata keçirilən mütərəqqi islahatlar da bu məqsədlərə xidmət edir.

Çıxışda türk dövlətlərinin ali məhkəmələri arasında daha çox mütərəqqi layihələrin həyata keçirilməsi, gənc hüquqşünasların və hakimlərin yetişdirilməsi və beynəlxalq təcrübənin tətbiqinin vacibliyi vurğulanıb. Təklif edilib ki, Türk Dövlətləri Ali Məhkəmələri Konfransının  növbəti iclaslarında hüquqşünas və hakimlərin iştirakı ilə ədalət mühakiməsi qarşısında duran yeni çağırışlar, məhkəmə sahəsində vahid təcrübə yaradan qərarların qarşılıqlı öyrənilməsi istiqamətində müzakirələr təşkil edilsin. Eyni zamanda məhkəmə qərarlarının və hüquqi praktikaların müqayisəsi və müasir yanaşmaların tətbiqinin faydalı olacağı diqqətə çatdırılıb. 

Konfransda digər çıxışlar da dinlənilib. 

Sonda Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib. 

İnam Kərimov səfər çərçivəsində Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz və Türkiyə Ali İnzibati Məhkəməsinin sədri Zeki Yiğitlə görüş keçirib. Görüşlərdə iki ölkə arasında məhkəmə-hüquq sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Fatimə Mərdanlı //EDnews 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Hamısı