Çində Azərbaycan dili virtual formada tədris olunur

Xarici siyasət 10:32 19.05.2025

Pekin Xarici Dillər Universitetinin (PXDU) təşəbbüsü ilə yaradılan Çin xarici dillərin kütləvi açıq onlayn tədrisi Alyansının platforması vasitəsilə Azərbaycan dili virtual formada tədris olunmağa başlanıb.

“EDnews” xəbər verir ki,layihənin məqsədi əcnəbi dilləri və mədəniyyətləri öyrənmək istəyən çinlilərə müasir texnologiyaların imkanları sayəsində əlverişli imkan yaratmaqdır. Belə ki, internet vasitəsilə PXDU-nun xarici dillərin onlayn tədrisi platformasına daxil olan çinlilər virtual dərslər vasitəsilə müxtəlif dilləri, o cümlədən Azərbaycan dilini başlanğıc mərhələdə öyrənə biləcəklər. Bu məqsədlə Azərbaycan dili üzrə virtual dərslər platformaya yüklənib. Azərbaycan dilinin onlayn dərslərinin çəkilişləri PXDU-nun Xarici dillərin tədrisi və tədqiqi nəşriyyatında həyata keçirilib. Azərbaycan dili üzrə 12 virtual dərsi PXDU-nun Azərbaycan dili kafedrasının müdiri, layihənin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev tədris edib. Dərslərdə qrammatik qaydalarla yanaşı, yeni sözlər, dildə daha çox istifadə olunan söz birləşmələri öyrədilir, qısa dialoqlar, mətnlər təqdim olunur. Hər dərsin sonunda Azərbaycan mədəniyyəti, o cümlədən ədəbiyyatı, musiqisi, xalçaçılıq sənəti haqqında bilgi verilir. Redaktə işlərini isə nəşriyyatın mütəxəssisi Çen Hayçinq aparıb.

Dünyada xarici dillərin tədrisi istiqamətində öncül ali təhsil ocaqlarından olan PXDU-nun həyata keçirdiyi bu layihə Çində bir ilk olmaqla yanaşı, kütləviliyi ilə diqqət çəkir. Platformadan xarici dilləri öyrənmək istəyənlər, eləcə də xarici ölkələrin mədəniyyəti ilə tanış olmaq istəyənlər pulsuz yararlana bilərlər. Çin üzrə 1000-dən çox universitetdən 4 milyondan çox tələbə platformanın dərslərindən istifadə edib.

Qeyd edək ki, Çinin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində 2016-cı ildə Azərbaycan dili kafedrası yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildən ali təhsil ocağında Azərbaycan dili ixtisas kimi tədris olunur.

Fatimə Mərdanlı //EDnews 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Kürdəmirdə qatar 44 yaşlı kişini vurub
00:12 06.07.2025
Alimlər süni insan hüceyrələri yaradırlar
23:48 05.07.2025
BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib
23:12 05.07.2025
İranın sənaye sektoru İsraillə münaqişədə ciddi zərər çəkib
22:38 05.07.2025
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
22:08 05.07.2025
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
Hamısı