Ekspertlər müxtəlif qarışıqların birləşməsi ilə əldə edilən marqarinin ana südünü azaltmasından tutmuş ürək xəstəliyinə qədər sağlamlığa zərərli olduğunu bildirib.
"Eurasia Diary" Milliyet-ə istinadən xəbər verir ki, ekspertlərə görə, keçmişdən bəri insanların yeməklərin hazırlanmasında istifadə etdiyi marqarin "oleomarqarin" deyilən bir yağdan istehsal olunur. Bu yağ bitki və heyvan mənşəli yağlar ilə suyun qarışığından ibarətdir və tərkibində həll oluna bilməyən qarışıqlar var.
Bundan başqa, marqarinə dadlandırıcı xüsusiyyəti qazandırmaq üçün sitrik turşu, qıcqırmış südün alt suyu və qatıq vururlar.
Bu elementlər bir-birilə qarışması tərkibindəki vitaminlərin pozulmasına səbəb olur.
Beləliklə, pozulan vitaminlər sağlamlıq baxımından ciddi problemlər yaradır.
Tədqiqatlar marqarindən istifadə edən insanların istifadə etməyən insanlara görə ürək xəstəliyinə tutulma riski 53 faiz daha çoxdur.
Marqarin yağının üzərinə araşdırmalar davam edir.
Aparılan son araşdırmalarda marqarinin:
Əmizdirən anaların süd keyfiyyətinin azalmasına,
Pis xolesterinin yüksəlməsinə,
Şəkər xəstəliyi kimi təhlükəli xəstəliklərin yaranmasına səbəb olur.
Vüsalə Əlövsətqızı