Həm qədimdir, həm də müasir Bal

Sağlamlıq 19:44 16.04.2017

Balın çox qədim tarixi var. Əvəzsiz qida və şəfa mənbəyi olan balın sağlamlıqdakı rolu danılmazdır. Onun istifadə tarixi, tətbiq sahələri və şəfaverici xüsusiyyətlərini öyrənmək çox maraqlıdır.

Uzun illər bu sahədə tədqiqatlar aparan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Fəzail Vəliyev deyib: "Təqribən 6 min il bundan əvvəl qədim Misirdə baldan müalicə, kosmetika və çürümədən qorunma vasitəsi kimi istifadə edilib. Məşhur Ebers papirusundakı tibbi məlumatlar da bunu təsdiqləyir. Hindistanda zəhərlənənləri balla sağaldardılar. Eramızdan əvvəl III-II minilliklərdə çinlilər balın şəfaverici xüsusiyyətlərini mənimsəmişdilər. Qədim Yunanıstanda mədə və qaraciyər xəstəlikləri, əsəb pozğunluqları, irinli yaralar balla müalicə edilib. Romada isə çürümədən qorunma vasitəsi kimi ondan geniş istifadə olunub.

Orta əsrlərdə mədə-bağırsaq, öskürək, zəhərli həşəratlar və quduz it dişləmələrində, eləcə də ağciyər və digər daxili orqan üzvlərinin müalicəsində bal və ondan hazırlanan məlhəmlərdən istifadə olunub. Balın çobanyastığı, gicitkən, darçın, zəncəfil, yağ, sirkə, soğan, sarımsaq, yabanı havuc, xaşxaş, xardal toxumu və s. ilə qarışığı müalicə vasitələri arasında geniş yayılmışdı. XIII əsrdə tanınmış həkimlərdən biri ürək xəstəliklərinin müalicəsində balın şəfaverici xüsusiyyətlərini göstərməklə yanaşı, bişirilmiş balqabaq və yerkökünün balla qarışığından böyrək xəstəlikləri zamanı istifadə olunmasını tövsiyə edib".

Balın müalicəvi xüsusiyyətləri barədə danışan professor daha sonra deyib: "El təbibləri böyrək xəstəlikləri zamanı qarpızı yarıya bölərək hər iki üzünə bal çəkər, bir gecə ayazda saxlayandan sonra xəstəyə yedizdirər, böyrəkdə daş olanda balın zeytun yağı və limonla qarışığının gündə üç dəfə xörək qaşığı ilə içilməsini məsləhət görərdilər. Böyrək daşını əritmək üçün balın gülxətmi ilə dəmləməsinin acqarına qəbul edilməsi də müsbət nəticə verir.

Malyariya xəstəliyinin müalicəsində balın şit nehrə kərəsi ilə qarışığından hazırlanan məcun, göyöskürəyi kəsmək üçün əzilmiş sarımsağa bal qatılaraq istifadə edilib. İçərisi oyulmuş ağ turpa bal sürtərək bir müddət ayazda saxlayandan sonra alınan məhlulu xəstəyə içirər, bağırsaq parazitlərini məhv etmək üçün boranı toxumunu əzib balla qarışdıraraq xəstəyə verərdilər. Bədənin zədələnmiş və şişmiş yerlərinə bal sürtülmüş dovşan dərisi bağlanılması sağalmanı sürətləndirir".
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Hamısı