Hər gün boş mədəyə bir diş sarımsaq yeyin, faydalarına inanmayacaqsınız.
Araşdırmalara görə, boş mədəyə yeyəcəyiniz bir diş sarımsaq təzyiqin normallaşmasına yardım edir. Qanın pıhtılaşma riskini azaldır. Sarımsaqdakı yararlı maddələr qanın incəlməsini təmin edir və trombositlərin bir-birinə yapışmasının qarşısını alır. Buna görə də, mütəmadi və miqdarında sarımsaq istifadə etmək qanın normada axmasını təmin edir və ürək-damar sağlamlığını qoruyur.
İmmunitet sistemini gücləndirərək qrip, soyudəymə, zökəm kimi xəstəliklərdən qoruyur. Sarımsaq antibakterial və anti-viral təsir göstərir. Təbii antioksidant olduğu üçün xərçəng hüceyrələrinin əmələ gəlib böyüməsinin qarşısını alır. Bədəni müxtəlif xərçəng növlərindən qoruyur.
Sarımsağın tərkibindəki selenium adlı maddə sinir sisteminin düzgün işləməsinə yardım edir. Bədəni stressdən uzaq tutur. Yuxusuzluğun qarşısını alır.(metbuat.az)