Gec yaşda ana olanlara XƏBƏRDARLIQ o körpələr...

Sağlamlıq 20:46 21.08.2017

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məqaləsini təqdim edirik.

Qadınların işləməsi və ictimai həyatda daha aktiv iştirak etmələri, təhsil müddətlərinin çox olması və həyat şərtlərinin inkişaf etməsi son 20 ildə hamiləlik üçün orta yaş həddinin artmasına səbəb olmuşdur. Daha gec yaşda uşaq dünyaya gətirən, xüsusilə də ilk uşaq üçün 30 yaşlarını gözləyən qadınlar çoxdur. Tibdəki nailiyyətlərə paralel olaraq hamiləliyə nəzarətdə də irəliləyişlər gec yaşda hamilə qalmağa təşviq edən bir hal oldu. Uzun illər boyu sonsuzluğun müalicəsini alıb, lakin uşaq sahibi olmayan bir çox cütlüyün sonsuzluq müalicələrində yaranan inanılmaz nailiyyətlərdən faydalanmaq istəməsi də bu artımda mühüm rol oynadı. ABŞ-da 63 yaşında ana olan bir qadının televiziya və qəzetlərdə nümayiş olunması gec yaşda uşaq dünyaya gətirməkdən qorxan anaları cəsarətləndirdi.

Gec doğan qadın deyildikdə 35 və daha çox yaşı olan analığa namizədlər nəzərdə tutulur. Yaş ilə birlikdə qadının hamilə qalma ehtimalı da azalmağa başlayır. 40 yaşlarında hamilə qalma ehtimalı 50%-ə qədər azalır. Təbii üsullarla hamilə qalma şansının azalmağına baxmayaraq, sonsuzluğun müalicəsi ilə bu şans 10%-ə qədər arta bilir. Bu müalicədə vacib olan yumurtalıqların rezervidir. 40 yaşlarında hamiləlik planlaşdırarkən qadının ümumi sağlamlıq vəziyyəti də böyük əhəmiyyət kəsb edir. Gec yaşda hamilə qalan bir çox qadının sağlam körpələr dünyaya gətirməsinə baxmayaraq, ağırlaşmalar baxımından risk gənc analara nisbətən daha yüksəkdir.

Riskin hansı yaşdan sonra artması ilə bağlı fərziyyələr mövcuddur. Geniş istifadə olunan 35 yaş meyarı əslində tam olaraq düzgün deyildir. Qadının hamilə qalmaq potensialı və ağırlaşmaların yaranması riski yaşla əlaqədar olaraq dəyişir, amma demək olmaz ki, müəyyən bir yaşda bu risklər anidən artır. Belə hallarda ən çox qorxulan hal xromosom anomaliyası olan körpə dünyaya gətirməkdir. Bunlardan ən çox  rast gəlinən daun sindromudur. Bu sindromla doğulan uşaqlarda əqli çatışmazlıq ilə birlikdə bəzi ürək və digər üzvlərin anomaliyalarına rast gəlinir. Lakin hamiləlik zamanı edilən prenatal müayinələr (ikili və ya dördlü testlər), xüsusilə amniosintez və xorion xovlarının biopsiyası (CVS) ilə bu sindromun diaqnozu qoyulur. Son vaxtlar üçlü testin daun sindromunun diaqnozunun qoyulması üçün əhəmiyyəti mübahisəli olsa da, prenatal diaqnostikada istifadə olunur.

Gec yaşda ana olmaq istəyənləri maraqlandiran tibbi vəziyyətlər

Bütün insanlarda yaş artdıqca bəzi xəstəliklərin rastgəlmə tezliyi də artır. Bu xəstəliklər arasında ən əhəmiyyətliləri və ən çox rast gəlinənləri şəkər xəstəliyi və yüksək təzyiqdir.

Şəkərli diabet: Ümumiyyətlə, yaş artdıqca şəkərli diabetin də rastgəlmə tezliyi artır. Xüsusilə II tip şəkərli diabet adlandırılan (xalq arasında yaşla əlaqədar şəkər deyilir) hal hamiləlikdə bəzi arzuolunmaz vəziyyətlərə səbəb olur. Şəkərli diabet olan analığa namizədlərdə şəkərli diabet olmayanlara nisbətən preeklampsiya riski daha yüksəkdir. Həmçinin bu qadınlarda düşüklər, vaxtından qabaq doğuş, plasentada zədələnmələr və ölü doğulmalar daha çox rast gəlinir. Diabetli anaların dünyaya gətirdiyi körpələrdə neonatal dövrdə daha çox problemlər olur.

Hamiləlikdən qabaq şəkər xəstəliyi olmayan, yaşı çox olan qadınlar isə hamiləliklə əlaqədar meydana çıxan “Hestosion diabet” baxımından diqqətli olmalıdırlar. Bu qadınların hamiləliyinə nəzarət zamanı qanda şəkərin səviyyəsi daha tez-tez yoxlanılmalı və skrininqlər mütləq aparılmalıdır. Hestosional diabet aşkar edildikdə çox zaman pəhrizlə nəzarət altında saxlamq mümkün olur. 15% hallarda isə insulinlə müalicəyə başlamaq lazım gəlir. Hamiləliyin başa çatması ilə birlikdə diabet problemləri də aradan qalxır. Nadir hallarda hamiləlikdən sonra diabet qalıcı ola bilər.

Yüksək təzyiq: yaşla əlaqədar daha tez-tez rast gəlinən digər bir hal yüksək təzyiqdir. Hamiləlikdən əvvəl mövcud olan və ya hamiləlik zamanı meydana çıxan yüksək təzyiq dölün qəfləti ölümü, ciftin vaxtından qabaq ayrılması kimi ana və körpənin həyatı üçün təhlükəli olan vəziyyətlər yarada bilər. Həmçinin eklampsiyanın rastgəlmə tezliyi artır və dolayısı ilə daimi iz buraxan sinir sistemi pozğunluqları da artır.

Yaşla birlikdə xərçəng də daxil olmaqla bir çox somatik xəstəliklərin rastgəlmə tezliyi artır. Bu xəstəliklər hamiləliyə mənfi təsir göstərə bilir və ya tam əksinə, hamiləlik bu xəstəliklərə mənfi təsir edir. Buna görə də gec yaşda hamilələrə nəzarət daha çox diqqət tələb edir.

Hamiləliklə əlaqədər vəziyyətlər

Çoxdöllü hamiləlik: ananın yaşının artması ilə birlikdə çoxdöllü hamiləlik ehtimalı da artmış olur.

Düşük: düşüklərin ən əsas səbəbi xromosomal anomaliyalar olduğu və yaşla birlikdə bu anomaliyaların rastgəlmə tezliyinin artdığı üçün yaşı çox olan hamilələrdə düşüyə 4 dəfə çox rast gəlinir.

Anomaliyar: yaş ilə birlikdə daun sindormu başda olmaqla xromosom anomaliyalarının riski artır. Lakin irsi yolla keçməyən dovşandodaqlılıq  və qurdağızlılıq kimi anomaliyaların rastgəlmə tezliyində artım müşahidə olunmur.

Uşaqlıqdan kənar hamiləlik: yaş artdıqca aşkar və ya gizli çanaq infeksiyası keçirmə ehtimalı artır. Hər infeksiya borularda müəyyən qədər iz buraxır. Və eyni zamanda yaşla əlaqədar boruların hərəkətetmə potensialı azaldığı üçün bu cür qadınlarda uşaqlıqdan kənar hamiləlik daha çox müşahidə olunur.

Cift (plasenta): yaşın artması ilə birgə plasenta previa (cift gəlişi) tezliyi də artır. Dolayısı ilə hamiləlik qanaxmaları daha çox müşahidə olunur.

İnkişaf geriliyi: gec yaşlarda qan dövranında pozğunluqlar yaradan şəkərli diabet və yüksək təzyiq daha çox müşahidə olunduğu üçün bu anaların körpələrində uşaqlıqdaxili inkişaf ləngiməsinə daha çox rast gəlinir.

Vaxtından qabaq doğuş: inkişaf ləngiməsinə səbəb olan amillər vaxtından qabaq doğuşa da səbəb ola bilər.

Kesar kəsiyi: gec doğan analarda  ağırlaşmalara daha çox rast gəlindiyi üçün ana və dölün həyatını xilas etmək məqsədi ilə edilən bu əməliyyatlara 2-3 dəfə çox ehtiyac olur.

Gec yaşda hamiləlik planlaşdırılarkən

- Yüksək təzyiq və şəkər xəstəliyi kimi ümumi xəstəliklərin nəzarət altında saxlanılması lazımdır.

- Artıq çəki varsa, bundan xilas olmaq lazımdır. Kök qadınların hamiləlikləri zamanı problem yaşama ehtimalları daha çoxdur. Xüsusilə fol turşusundən ibarət vitamin preparatlarının qəbulu döldə inkişaf etməsi mümkün olan sinir sistemi anomaliyalarının rastgəlmə tezliyini azaldır.

- Gec yaşda ana olmaq istəyi qadının sağlamlığına müəyyən qədər təhlükə yaratsa da, daha yetkin qadının 20 yaşlarındakı hamilələrə görə daha real və körpəsinə daha çox bağlı olmasını da qeyd etmək lazımdır.

Analıq hər yaşda gözəldir. (Ailem.az)

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Hamısı