Bu yeməklər sizi məhv edir Həkimdən SOS

Sağlamlıq 11:12 26.08.2017

“Fastfud”lar insanların gündəlik həyatına elə daxil olub ki, əksəriyyət bunsuz öz rasionunu təsəvvür etmir. Əvvəllər daha çox böyük şəhərlərdə, meqapolislərdə rast gəlinirdisə, indi hətta rayonlarda, kiçik şəhərlərdə hər küncdə dönərxanalara rast gəlmək mümkündür. Bu qidaların zərərlərini isə saymaqla bitməz.

Məsələ ilə bağlı həkim, onkoloq-cərrah Arif Nuri bu qidaların belə çox yayılmasının 2 əsas səbəbi olduğunu bildirib:

“İlk növbədə sahibkarlara bu cür biznes sərfəlidir, işə başlamaq üçün çox böyük maliyyə tələb olunmur, ikinci səbəb isə bu sahəyə böyük tələbdir. Bu tələbin formalaşması isə orta statistik insanın psixologiyasını bilən marketoloqların güclü fəaliyyətinin nəticəsidir. Çünki insanlar müasir dövrdə tez hazır olan, dadlı, toxluq yaradan ucuz qida məhsullarına üstünlük verir. “Fastfud” (ayaqüstü) yerlər də bu tələbata gözəl cavabdır. Digər tərəfdən, əksər insanlar bilir ki, bu cür qidalanma sağlamlıq üçün zərərlidir. Amma bu zərərin nə qədər sağlamlığa öldürücü təsir etdiyini çoxları bilmir”.

Arif Nuri dönərlərin, hotdoqların, burgerlərin zərərli təsirlərini xüsusilə qeyd edib:

“İlk olaraq “fastfud”ların müştəriyə tez satılması üçün bu məhsullar əvvəlcədən hazırlanır. Günlərlə, həftələrlə qızdırılır, soyuducuya qoyulur. Bir dönərxanada bir topa ətin neçə gün fırlandığını dəqiq bilərsinizmi? Əlbəttə yox. Bir burger kotletinin neçə gün əvvəl hazırlandığını bilirsinizmi? Əlbəttə ki, yox. Bir fikirləşin, günlərlə (bəzən həftələrlə) qızdırılıb soyudulun bir qida məhsulunun sağlamlıq üçün faydası ola bilərmi? Ən yaxşı halda “fastfud”larda olan ət müxtəlif hormonlarla, dərmanlarla saxlanılan heyvan ətidir. Hələ müxtəlif ölmüş heyvanların: atların, uzunqulaqların bu cür yerlərə satıldığını demirəm. Ona görə, bu cür məhsullarla qidalanmaq orqanizminizi lazımlı qida maddələri ilə təmin etmir, əksinə, zəhərləyir. “Fastfud”lara əlavə olunan ketçup, mayanez və digər sousların tərkibinə daxil olan maddələri kimyaçıdan başqa kiminsə tanıması mümkün deyil. “Fastfud”ların tərkibində yüksək miqdarda yağ olduğuna görə onlar həm də yüksək kaloriyə malikdir. Bir hamburger insanın sutkalıq enerjiyə olan tələbatının yarısı qədər kalori verir. Çünki transpiylər - süni sintez olunmuş yağlardır. Mədə-bağırsaq yoluna düşən transpiylər bütün normal həzm prosesini pozur”.

Həkim bildirib ki, “fastfud”lara əlavə olunan müxtəlif konservantlar, dad gücləndiriciləri, aromatizatorlar sağlamlığa zərərli olmaları ilə yanaşı, həmçinin bu cür qidalardan asılıłığın yaranmasına da səbəb olur:

“Onları yedikcə yemək istəyirsən. Bu cür maddələrə misal olaraq qlütamat natrini göstərmək olar. Əksər vaxt “fastfud”ların “Koka-kola” və digər bu kimi içkilərlə istifadə edildiyini nəzərə alsaq, yuxarıda qeyd olunan zərərli təsirlərin 2 qat miqdarını almış olurlar”.

A.Nuri “fastfud”lardan müntəzəm istifadənin insanlarda bir çox xəstəliklərin yaranmasına səbəb olduğunu vurğulayıb:

“Bu qidalardan müntəzəm istifadə piylənmə, arterial qan təzyiqi, ürəyin işemik xəstəliyi, şəkərli diabet xəstəliyi, infarkt, insult, bir çox orqanların xərçəng olma riskini dəfələrlə artırır. Ümid edirəm, sağlam, gümrah, uzun ömür sürmək istəyənlər tezliklə bütün “fastfud” yeməklərindən imtina edərlər”.

Qeyd edək ki, hazırda “fastfud” məhsullarının ticarəti ilə məşğul olan ən böyük şirkətin dünyanın 119 ölkəsində 30000-dən çox restoranı fəaliyyət göstərir. Son dövrlərdə isə Amerikada, eləcə də digər inkişaf etmiş ölkələrdə sağlamlıq üçün zərərli olduğuna görə “MakDonald” şəbəkələrinin qidalarını boykot etmək üçün aksiyalar keçirilir. (Axar.az)

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Hamısı