SOS: Körpələrinizə süni qidalar verməyin! GMO-lu uşaq yeməkləri

Sağlamlıq 14:59 17.10.2017

Genetik modifikasiyaya məruz qalmış məhsullar dözümlü olduğu və "keyfiyyət"ini uzun müddət qoruduğu üçün onların alqı-satqısı sahibkarlara daha cəlbedici görünür. Amerika bu məhsulların istehsalı və istehlakı üzrə dünyada birinci yeri tutur.

GMO – Genetik Modifikasiyaya uğramış Orqanizm deməkdir. Burada həm bitkilər, həm də canlılar obyekt qismində istifadə edilir. Beləliklə, hansısa bir orqanizmin genetik koduna yad orqanizmin genləri əlavə edilir.

Misal üçün, söhbət geni dəyişdirilmiş yulafdan gedirsə, bu o deməkdir ki, onun genetik koduna tərkibində olmayan vitaminlərin, fermentlərin genləri daxil edilib. Bunun nəticəsində yulafın məhsuldarlığı dəfələrlə artır. Geni dəyişdirilmiş məhsulları heç bir həşərat zədələmir.

Ana südündən uşaqların kəsilməsi və süni qidalarla qidalandırılması bəşəriyyətdə valideynlərin uşaqlarına qarşı etdikləri ən böyük zərbədir. Belə ki, indi süni qidaların əksəriyyəti genetik motifikasiyaya məruz qalmış heyvanlardan hazırlanır. O heyvanlar ki, bir sutka ərzində 80 -100 litrə qədər süd verir. Onlar artıq bir-iki ildən sonra ağır süd vəzilərini daşıya bilmir, bəzi infeksiyalara tutulur və müəyyən müddətdən sonra ətləri istifadəyə yararsız hesab olunur. Valideynlər isə maarifsiz olduqları üçün bu cür inəklərin südünü öz uşaqlarına rəva bilirlər.

Genetik motifikasya olunmuş süd məhsulları uşaqların əqli inkişafının formalaşmasına çox ciddi təsir edir. Belə uşaqlarda oyanıqlıq, itaətsizlik, hiperaktivlik halları müşahidə olunur. Onların daxili orqanları, xüsusilə dalağı və qaraciyəri ana südü ilə qidalanan uşaqlara nisbətdə böyük olur. Bu halda analar problemin səbəbi axtarmaq üçün xəstəxanalara üz tuturlar. Halbuki əsl səbəb uşaqlarına yedirtdikləri süni qidalardır.

Respublikanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib ki, uşaqlar üçün ən ideal qida ana südüdür:

"Həmin süni qidalar inək südünün bazasında hazırlanan qidalardır. Təbiətin belə bir qanunu var ki, canlının hasil etdiyi qida onun maksimum özü üçün spesifik və maksimum adekvatdır. Bu o deməkdir ki, inəyin südünü insanın balasına vermək olmaz. Biologiyada buna bioloji katastrof deyirlər. Bunlar sübuta ehtiyacı olmayan aksiomlardır. Amma təssüflər olsun ki, insanlar özləri-özlərinə problem yaradırlar. Ona görə ki, təbiətin qanunlarını pozurlar". 

N.Quliyev deyib ki, uşaq qidalarının satışı ilə məşğul olan distribütorlar pediatrlarla əməkdaşlıq edirlər:

"Əgər pediatr uşağa süni qida verilməsini məsləhət görürsə, bu, həmin həkimin savadının aşağı olmasını göstərir. Uşağı müayinə edən pediatr analara ancaq onu tövsiyə etməlidir ki, ilk altı ayadək övladını yalnız ana südü ilə qidalandırsın. Altı aydan sonra isə ana südü ilə yanaşı, əlavə qidalara az-az başlamaq lazımdır. Bu qidalar isə yumurta sarısı, mannı, yulaf və digər sıyıqlar ola bilər. Daha yaxşı olardı ki, bu qidalar da mağazalarda satılan hazır yox, ev şəraitində hazırlanan qidalar olsun. Ağıllı analar uşaqlarına konservantlarla konserviləşdirilib uzun müddətli istifadəyə yararı olan qablaşdırılmış uşaq yeməkləri vermirlər".

İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Abbas Əliyev isə mütəmadi olaraq istehlak bazarında nəzarət tədbirlərinin həyata keçirildiyini bildirdi.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə uşaq qidaları ilə bağlı istehlakçılara öz tövsiyələrini verib. Bildirilib ki, uşaq qidası kimi istifadə olunan müxtəlif növ konservlərə süni boyalar və sintetik aromatlaşdırıcı maddələrin əlavə edilməsi yolverilməzdir. Konservlərin tərkibində kənar iy və dad olmamalı və rəngi tərkibində olan meyvənin rənginə uyğun olmalıdır. Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartların, sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab verməlidir: 

"Süni qida məhsullarının üzərində ana südünün üstünlüyü, yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi, qidanın düzgün hazırlanması və saxlanması, yararlılıq müddəti, mənşəyi, istehsalçısının adı və ünvanı, enerji dəyəri, tərkibində əsas inqrediyentlərin heyvan və ya bitki mənşəli olması, kimyəvi tərkibi, hazırlanmasında istinad olunan normativ-texniki sənəd və sertifikatlaşdırma barədə qeydlər olmalıdır. Normal qidalanma üçün bütün bu qruplara daxil olan məhsulların rasional şəkildə istifadə olunması gərəkdir. Uşaq qidasının düzgün seçilməsi ilə yanaşı, düzgün istifadəsi də sağlamlıq və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir".

Qurumdan o da bildirildi ki, uşaq qidası alarkən istehlakçılar yararlılıq müddəti, keyfiyyət sertifikatı və qablaşmanın bütövlüyünə, onun hansı yaş qrupu üçün nəzərdə tutulduğuna diqqət yetirməli və qidanın təlimatı ilə tanış olmalıdırlar:

"Uşaq qidaları təmiz, quru, yaxşı ventilyasiya olunan yerdə müvafiq temperatur rejimində və müddətlərdə saxlanılmalıdır. Quru uşaq qidalarını soyuducuda, xüsusən açıq halda saxlamaq olmaz. Belə ki, quru toz halında olan uşaq qidaları nəm çəkir ki, bu da sonradan onun yararlığına mənfi təsir göstərir”.

Bəs hazırda da ölkəmizdə GMO məhsullardan hazırlanmış uşaq qidalarına rast gəlinirmi? Sualımıza cavab tapmaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. O, bu mövzuyla əlaqəli bizə belə danışdı:

“Uşaq qidaları ölkədə nəzarətdə olsa da, GMO tərkibli məhsulların olub-olmamasını müəyyən etmək çox çətindir. Çünki bizdə uşaq qidaları ilə bağlı mükəmməl ekspertiza labaratoriyası yoxdur. Lakin bəzi uşaq qidalarının tərkibində soya komponentinin olduğu göstərilir. Soya bitkisi yer üzərində 98% GMO-ya uğramış bitkidir. Uşaq qidaları ana südü ilə alternativ variant olduğu üçün ehtiyatlı olmaq lazımdır. Azərbaycan körpənin ana südü ilə qidalanmasında xarici ölkələrə nisbətən geri qalır. Bu gün analar daha çox süni qidalara üstünlük veririlər. Baxmayaraq ki hələ 10 il bundan qabaq körpə qidaları haqqında qanun qəbul edilib. Biz bunun üçün çox narahatıq.”

Ana südünə alternativ variant kimi pediatr Cəmilə Dadaşova ilə əlaqə saxladıq. O mövzu ilə əlaqəli bildirdi:

“Ən əvvəl çalışmaq lazımdır ki, ananın südü olsun. Yox əgər yoxdursa, mən heç bir uşaq yeməyini məsləhət etmirəm ki reklam üçün bu yaxşıdı ya o pisdir. Bütün uşaq yeməkləri eyni tərkibdədir. Ancaq keçmişdən analar inək südü və keçi südündən istifadə ediblər. Keçi südünün tərkibi daha çox ana südünə yaxındır. Ancaq inək südü bir az yağlı olduu üçün onu 1 hissə inək südü, 2 hissə su qatılırdı. Birdə diqqət edirlərdi ki, 6 ay uşağa bir inəyin südü verilsin. Çünki fəqli-fərqli südlər uşağın bağırsağını poza bilərdi.”(metbuat.az)

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Hamısı