“Çay yeməkdən neçə saat sonra içilməlidir?” HƏKİM AÇIQLADI

Sağlamlıq 19:21 30.11.2017
“Son vaxtlar əhali arasında mədə xəstəlikləri artıb. Hər 2-3 nəfərdən biri bundan şikayət edir. Bunun əsas səbəblərindən birincisi stress faktorudur. Gərgin iş, stress altında olmaq birbaşa mədədə turşuluğu artırır, mədə mukozasını zədələyərək, xəstəliklərin yaranmasına səbəb olur”.
 
Bunu terapevt-qastroenteroloq Mətanət Cəfərova Ailem.az-ın canlı yayımında qonaq olarkən deyib. Həkim bildirib ki, mədə xəstəliklərinin yaranmasına səbəb olan ikinci faktor rejimsiz və keyfiyyətsiz qidalanmaqdır: “Yəni gün ərzində 2-3 dəfə və yeməklər arasında böyük fasilələr verməklə qidalnmaqdan söhbət gedir. Normal halda mədə turşuluğu hər 2-3 saatdan bir pik nöqtəyə çatır. Bu o deməkdir ki, hər 2-3 saatdan bir qida qəbul etməliyik. Bu da 3 əsas, 2 ara yeməyə bərabərdir. Çox təəssüf ki, insanların çoxu buna əməl etmir və cəmi iki dəfə qidalanırlar ki, bu da yemək arasındakı fasiləni uzadır. Nəticədə mədə turşuluğu yüksəlir, hətta turşu geriyə qida borusuna qayıdaraq reflüksün yaranmasına gətirib çıxarır”.
 
M.Cəfərovanın sözlərinə görə, üçüncü səbəb lazım olmadığı halda və həkim təyinatı olmadan dərman qəbul etməkdir. Bu dərmanlar mədənin qoruyucu təbəqəsinə zərərə verir: “Bəzən hətta acqarına belə ağrıkəsici dərman qəbul edirlər ki, bu da mədə mukozasını zədələyir. Nəticədə erroziya, hətta xoranın yaranmasına səbəb ola bilir. İnfeksion, autoimmun, öd problemi də mədə xəstəliklərinə səbəb olur”.
 
Terapevt bildirir ki, mədə ağrıları müxtəlif ola bilir: “Ağrı mədənin girəcəyindədirsə, qida qəbul olunandan 30-40 dəqiqə sonra ağrı yaranır. Bəzən isə olur ki, qida qəbulundan saatlar sonra, hətta qida qəbul etmədikdə də baş verir. Gecə ağrıları isə daha çox onikibarmaq bağırsaq xorası üçün spesifikdir. Cavan yaşlarda hər mədəsi ağrıyan xəstədən qorxmuruq. Burada risk faktorları göz önünə gətirilir. Bunlar isə deyək ki, xəstədə köp, ürəkbulanma, qıcqırma var və yanaşı olaraq onda qan azlığı var. Yaxud valideynlərinin birində mədə xərçəngi olub. Bu zaman xəstənin özündə də şikayətlər varsa o mütləq qastoskapiya olunmalıdır. Ümumi götürəndə 40 yaşından sonra kişilər, qadınlar isə 50 yaşdan sonra mütləq bir dəfə qastoskapiya olmalıdır”.
 
Qastrenteroloq son zamanlar arıqlamaq üçün dəb halı alan mədə kiçiltmə əməliyyatları haqqında da danışıb. O, bu əməliyyatı hər kök xanıma və kişiyə məsləhət görmür: “Bütün dünyada yalnız mədə kiçiltmə əməliyyatı morbitip piylənmə zamanı məsləhət görülür. Yəni artıq 4-cü dərəcəli piylənmədir və insanın həyatı üçün təhlükə var. Amma 20-30 kilo artıq çəkiyə görə əməliyyat etdirmək məsləhət deyil. Çünki gələcəkdə bunun öz fəsadları olacaq. Hətta mədə xərçənginin yaranma risklərinin içərisində mədə kiçiltmə əməliyyatı olunmuş xəstələr birinci sıradadır”.
 
Mütəxəssis qida qəbulu zamanı edilən yanlışları sadalayıb: “Ən böyük səhv odur ki, birdən-birə çox yemək yeyib, mədəni doldururlar. Bundan başqa biz millət olaraq yeməkdən dərhal sonra çay içməyə meylliyik. Bu isə yolverilməz haldır. Çayın tərkibindəki tanin həzmsizlik yaradır. Çay qida qəbulundan minimum 2 saat sonra içilməlidir. Təəssüf ki, biz adətən axşam işdən qayıdandan sonra çox yeyirik. Üstündən də maye qəbul edib, divanda uzanırıq. Dolmuş mədə diafraqmal pərdəyə təzyiq göstərir və yırtıq yaranır. Bu da gəyirmə və qıcqırmaların daha çox artmasına səbəb olur. Sonda qida borusunun xərçəngi ilə nəticələnə bilir. Bir də yuxu rejimi çox önəmlidir. İnsanların çoxu az yatır. Oyaq qaldığımız müddətdə mədə turşuluğu işləyir. Ən yaxşısı axşam 10-dan səhər 6-ya kimi yatmaqdır”.
 
M.Cəfərova məsləhət görür ki, doymadan süfrədən qalxmağı bir vərdiş halına gətirmək  lazımdır: “O vərdişi sadəcə qazanmaq lazımdır. İlk öncə yemək boşqabının ölçüsünü kiçildin, daha sonra xörəyin miqdarını. Az və tez-tez qidalanmaq lazımdır. İnsan niyə birdən-birə çox yemək istəyir? Çünki mədə turşuluğu pik həddə çatır və insan çox acmış formada süfrə arxasına oturur, nəticədə çox yemək yeyir. Amma çox acmadan, 3-4 saatdan bir az-az qidalansaq inanın ki, birdən-birə çox yeməyə ehtiyac olmayacaq. Bir də su qəbulu çox önəmlidir. Bəzən acmaqla susamaq hissini qarışdırırıq. Yeməkdən yarım sat əvvəl su içmək önəmlidir. Bu, aclıq hissini də xeyli azaldır”.
 
Həkim indiyə qədər mədə ağrısı ilə rastlaşmadığını etiraf edib: “Bu vaxta qədər mədə ağrısı nədir bilmirəm. Dediyim məsləhətlərə özüm mütləq əməl edirəm. Həm qidalanmaya, həm su içməyə fikir verirəm. Biz 5 dəfə yeyin deyəndə elə bilirlər ki, hər dəfə məhz xörək yeyilməlidir. Xeyr, elə deyil. Məsələn, mən əsas yeməklər arasında çərəzlər, ya bir banan, alma, ya da taxta peçenye yeyirəm. Bunlar mədə turşusunu neytral saxlayır və gələcəkdə mədə problemlərindən qoruyur”.
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO

Xəbər xətti

Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Hamısı