Azərbaycanda infarkt və insult niyə artıb? ARAŞDIRMA

Sağlamlıq 16:12 11.01.2018
Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir. Bir çox hallarda damarla bağlı problemlər heç bir ciddi əlamətlə özünü büruzə vermir və nəticədə insanlar bu xəstəliklərin olduğundan xəbərsiz olurlar. Bu isə çox təhlükəli haldır.
 
Amerika Səhiyyə Assosiasiyanın hesabatında qeyd edilib ki, ürək-damar xəstəliyi ölümün aparıcı qlobal səbəbidir. 2013-cü ildə ürək-damar xəstəlikləri ölüm hallarının 31%-ni təşkil edib və dünya üzrə 17.3 milyon ölüm halı qeydə alınıb. Bu rəqəmin 2030-cu ilə kimi 23,6 milyona çatacağı deyilir.
 
Azərbaycanda son zamanlar əhali arasında infarkt və insultdan ölüm hallarının artdığı bildirilir. Mütəxəssislərinin fikrincə, piylənmə, şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi, müsbət xolesterolun aşağı olması, müntəzəm idman etməmək, stressli həyat ürək-damar xəstəliklərinə səbəb olur.
 
Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev də açıqlamasında son dövrdə infarkt və beyin qan dövranının pozulmasından ölüm hallarının artdığını təsdiqləyib. F.Quliyevin sözlərinə görə, Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm hallarının nisbəti digər Avropa ölkələrindən fərqlənmir: “Əhali arasında bu xəstəliklərdə cavanlaşma qeydə alınır. Bunun da ilkin səbəbi stress və depressiyadır. Bundan başqa, ekologiyanın pozulması, düzgün qidalanmama, piylənmə, maddələr mübadiləsinin pozulması, II tip şəkərli diabet də ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır. Bu xəstəliklərin sayında artma bütün dünyada müşahidə edilir. Metabolik sindrom, piylənmə, şəkərli diabet ürək-damar xəstəliklərinin dinamikasını həmişə artırır.
 
Onu da qeyd edim ki, iqlim şəraitinin dəyişməsi də bu xəstəliklərin riskinin artmasına səbəb olur. Biz demək olar ki, qış görmürük. Əhali arasında iqlimlə bağlı olaraq qrip və qripə oxşar viruslar yayılır. Bu viruslar da ürək-damar xəstəliklərindən ölüm hallarının riskini artıran amildir. Virus artdığı üçün bu xəstəliklər də artır”.
 
Ürək-damar xəstəliklərinin əlamətlərini sadalayan baş kardioloq bildirib ki, indi infarkt əsasən ağrısız formada qeydə alınır: “Əvvəl infarkt döş qəfəsində bərk ağrılarla müşahidə olunurdu. İndi isə bu kəskin simptomlar azalıb. Daha çox təngnəfəslik və ağrısız forması qeydə alınır.
 
Bu da II tip şəkərli diabet xəstəliyi ilə bağlıdır. Yüksək arterial təzyiqi, şəkəri, ürək ritmi ilə bağlı problemi olan xəstələr həmişə həkim müayinəsindən keçməlidirlər.  Ağrının olmasını gözləməlidirlər”.
 
F. Quliyev xəstəliyin risk ehtimalını azaltmaq üçün məsləhətlərini də bölüşüb: “İnsanlar qidalanmalarına diqqət yetirməlidirlər. İndi meyvə-tərəvəz qəbulu da azalıb. Bu da vəsaitin çatışmazlığı bağlıdır. Şəkər xəstələri üçün xüsusi qidalar var ki, qiyməti üç dəfə bahadır. Əhali bunu necə alsın? Məcburən pəhrizi pozurlar.
 
Stressi azaltmaq məsləhətdir. İnsanlar deyir ki, az işləyim, çox qazanım. Bu da onları stressə salır və depressiya yaranır. Psixiatra müraciət etsinlər, məsləhət alsınlar. Bizə ürək-damar problemi ilə bağlı müraciət edənlərin ¾-də nevroloji dəyişikliklər müşahidə olunur. Depressiya, nevrozla müraciət edirlər. Əhali düşünür ki, nevrozdur, keçib gedəcək. Ancaq statistikaya nəzər yetirsək, nevrozlu xəstələrdə ürək-damar xəstəlikləri riski 4,6 dəfə çoxdur. İnsanlar səhhətlərinə laqeyd yanaşmasınlar”.
 
Əhali arasında beyin damarlarının tutulması, qanaması - insult halları da çoxalıb. Ölümə səbəb olan xəstəliklər arasında üçüncü sırada insultlar dayanır.
 
Tibb elmləri doktoru, professor Sədaqət Hüseynova bildirib ki, son bir neçə ay ərzində insult hallarının artması fəsillə əlaqədardır və iqlim şəraitinin kəskin dəyişməsi xüsusilə, arterial hipertenziyası olan, ürək-damar problemli xəstələrə mənfi təsir edir. İnsanların səhhətinə laqeyd yanaşması nəticəsində isə insult kimi xoşagəlməz hallar baş verir.
 
İnsultun hemorraqik və işemik olaraq iki növünün olduğunu deyən S.Hüseynovanın sözlərinə görə, işemik insult beyin qan təchizatının pozulması, hemorraqik insult isə beyin qanamasıdır: “İnsultun səbəbləri sırasında birinci yerdə arterial hipertenziya, ikinci yerdə isə serebral ateroskleroz gəlir. Arterial hipertenziyası olanlar insult, eləcə də beyin-qan dövranı pozuntularının digər növləri üçün potensial xəstələrdir.
 
İnsultun səbəbləri sırasında yüksək xolesterol, qan laxtalanmaları, ürək ritm pozuntusu, köklük, maddələr mübadiləsi pozuntusu, şəkər xəstəliyi, narkotik maddədən istifadə, dərman asılılığı, doğuş həblərinin uzun müddətli istifadəsi, siqaret çəkmək, sodium və işlənmiş qidaların istifadəsi də yer alır.
 
İnsult adətən yaşlı insanlarda, 50 və yuxarı yaş insanlarda qeydə alınır. Maddələr mübadiləsi pozulmuş, eləcə də şəkər xəstələrində daha çox rast gəlinir.
 
Ancaq uşaq və gənclər də insultdan sığortalanmayıb. İndi körpələrin əksəriyyəti beyin damarlarının müxtəlif patologiyaları, anevrizmalarla dünyaya gəlirlər. Gənc və uşaq yaşlarda anevrizmaların partlaması zamanı beyin qanaxması olur. Laxtalanma ilə bağlı problemi olanlarda da insult erkən yaşlarda inkişaf də bilər”.
 
İnsultun əlamətlərindən danışan həkim deyib ki, insult əsasən gecə, səhərə yaxın saatlarda yaranır: “Bu saatlarda arterial təzyiqin tənzimlənməsində pozuntular baş verdiyindən insultun olma ehtimalı da yüksək olur. Xəstə səhər ayılır, bədəninin bir tərəfində keylik, qolda, ayaqda zəiflik, hərəkətlərin məhdudlaşması olur, udqunma, çeynəmə, danışmaqda çətinlik çəkir, gülərkən üzdə assimetriya görünür,  ağız bucağı əyilmiş olur, eşitməsi zəifləyir, görmə problemi yaşayır. Başı gicəllənir. Ancaq gözlərini hərəkət etdirə bilir. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. Bundan başqa, beyin insultu işemik xarakterli olanda çox vaxt huşun itirilməsi halı müşahidə edilmir. Lakin beyin qanaması zamanı kəskin,  ildırım çaxmasına bənzər baş ağrı ilə başlayır və qısa müddət ərazində ürək bulanma, qusma, huşun itirilməsi kimi əlamətlər ortaya çıxır. Bununla da yanaşı hərəki və fiziki pozuntular, yəni ifliclər əmələ gəlir".
 
İnsultdan qorunmaq üçün qidalanmaya diqqət etməyin və fiziki aktivliyin vacibliyini vurğulayan S.Hüseynova deyib ki, insult riskini azaltmaq üçün müntəzəm idman lazımdır: “Piyada gəzmək lazımdır, daha çox meyvə-tərəvəz yeyilməlidir. Duz qəbulunu azaltmaq, zərərli vərdişlərdən uzaq durmaq məsləhətdir. Daha çox balıq əti yemək, çəkini, xroniki xəstəlikləri nəzarətdə saxlamaq vacibdir. Gündə bir neçə dəfə arterial təzyiqi ölçməli, preparatların dozalarını lazım gəldikdə artırmaq şərtdir. Yağlı, qızardılmış, karbohidratla zəngin olan qidalar məsləhət deyil. Arterial hipertenziyası olan xəstələr duzlu qidalardan, şorabalardan istifadə etməməlidir. Çünki duz orqanizmdə ifrat olduqda maye saxlayır və damar divarlarını qalınlaşdıraraq arterial təzyiqin artmasına səbəb olur”.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Hamısı