Qəhvə həm dadı, həm qoxusu ilə çox insanın sevimlisinə çevrilmiş möcüzəli bir qidadır. Qəhvəni içməklə yanaşı bir neçə faydalarından yararlanmaq mümkündür.
Çox zaman nə qədər çalışsaq da soyuducudakı pis qoxulardan xilas ola bilmirik. Belə hallarda qəhvənin köməyindən istifadə etmək olar. Soyuducunun içinə kiçik bir qabın içində bir qədər qəhvə qoymaqla pis qoxulardan xilas olmaq mümkündür.
Qəhvənin tərkibində antioksidantlar olduğu üçün ondan dərini qidalandıran bir maska hazırlamaq olar. Bu maska üzdəki qırışlara qarşı da faydalıdır. Qəhvə dənələrini qabartma tozu ilə qarışdırıb maska kimi istifadə etmək olar.
Qəhvə tərkibindəki nitrojenlə bağça torpağı üçün gübrə olaraq istifadə edilə bilər. Ancaq qarışıma əlavə etdiyiniz qəhvə dənəsinin toplam gübrənin 20 faizindən çox olmaması lazımdır. Qəhvəni saxsıda yetişdirilən bitkilər üçün də istifadə etmək olar.
Qəhvə sayəsində əlimizə hopmuş soğan və sarımsaq kimi pis qoxulardan qurtulmaq da çox asandır. əlimizi qəhvə ilə ovalayıb, daha sonra yumaq lazımdır.
Dəri üçün faydalı olan qəhvə saçlara da yaxşı təsir edir. Qəhvə saçları parlatmaqla yanaşı, saç diblərini bəsləyərək tökülməsinin qarşısın alır. Dəmlənmiş qəhvəni soyuduqdan sonra saçların dibindən ucuna qədər masaj edin. 20 dəqiqə gözlədikdən sonra durulayın. Bunu həftədə bir dəfə etmək kifayətdir.(metbuat.az)