Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür

Sağlamlıq 11:37 13.09.2018

Ölkəmizdə yetişməyən, lakin bazar və dükanlarımızda çox satılan elə meyvələr var ki, onları dadına və ətrinə görə alıb ləzzətlə yesək də, həmin meyvələrin faydası haqqında geniş biliyə malik deyilik. O meyvələrdən biri olan bananın müalicəvi əhəmiyyətindən xəbərsiz olmaqla yanaşı, hətta bu bitkinin mənşəyi haqqında da aydın təsəvvürümüz yoxdur. Hələ də çoxları bananın vətəninin Afrika qitəsi olduğunu və həmin ərazilərdə daha geniş becərildiyi fikrindədir. Əslində isə həqiqət başqa cürdür.

Bu fikirləri Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzunillik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bananın faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışarkən deyib.

Zaur Həsənov bildirib ki, banan ilk dəfə Makedoniyalı İskəndərin ordusu tərəfindən eramızdan əvvəl 327-ci ildə Hindistanda kəşf olunub. Hindlilər onun kölgəsində sərinləyir və meyvələrindən yeyirdilər. Ərəblər və yunanlar bu bitkini “əntiq meyvə” bitkiləri qrupuna aid etmişdilər. Sonralar banan ərəb tacirləri tərəfindən Afrika sahillərinə, oradan portuqaliyalılar tərəfindən (1482-ci il) Portuqaliyaya, oradan isə 1516-cı ildə Atlantik okeanını keçərək Amerika qitəsinə aparılıb. Güman olunur ki, ABŞ-a banan 1690-cı illərdə Meksika sahillərindən gətirilib.

Hazırda banan Asiya və Latın Amerikası ölkələrində geniş ərazilərdə becərilir. Tropik meyvə bitkiləri içərisində daha çox istehlak əhəmiyyətli bitkidir. Banan meyvələri yüksək kalorili olduğundan dünyanın əksər bölgələrində milyonlarla insanın əsas qida məhsuludur.

Bananın əsas qiymətli cəhətlərindən biri meyvələrin kaliumla, C, A, B vitaminləri və folatla zəngin olmasıdır. Eyni zamanda meyvələr kalsium, dəmir, maqnezium və fosforla zəngindir. Meyvələrinin tərkibində karbohidratlar, həmçinin riboflavin, A provitamini, B1, B2 və C vitamini var. Şəkərlər saxaroza, fruktoza və qlükoza ilə təmsil olunur.

Hər 100 qram meyvə 100 kalori enerji verir. Banan meyvəsinin ləti nişasta ilə zəngindir. Yetişdikdə bu nişasta bir qrup sortlarda şəkərə çevrilir, digərlərində isə çevrilmədən nişasta şəklində qalır. Bu halda ondan qənnadı sahəsində müxtəlif məmulatların hazırlanmasında istifadə olunur. Belə meyvələr, həmçinin qurudulduqdan sonra alınmış pastadan buğda, qarğıdalı və digər dənli bitkilərin əvəzedicisi kimi istifadə olunur. Tumurcuqları tərəvəz kimi yeyilir.

Həm arıqlamaq, həm də kökəlmək üçün istifadə oluna bilir. Səhərlər bir banan yeyəndə tərkibində olan pektinin hesabına mədə şirəsini yığdığına görə həm aclığı götürür, həm də 100 qram meyvə 90-100 kalori enerji verir. Südlə banan yeyilməsi isə çəki artırır. Banan orqanizmdə asan mənimsənildiyindən zəifləmiş insan 5-6 banan yeməklə günə 500-600 kalori toplaya bilir.

Professor Zaur Həsənov deyir ki, banan mədə xorası olanlar üçün xüsusilə əlverişlidir. O, mədə şirəsinin səviyyəsini zəiflədir. Mədə divarını qoruyan təbəqə yaradır, qıcqırmanı götürür, qəbizliyi aradan qaldırır.

Banan meyvələrinin tərkibində olan triptofan və serotinin əqli yorğunluğu götürür, xoş emosional əhval-ruhiyyə yaradır. Kaliumla zəngin olduğundan banan meyvələrindən qan təzyiqinin normallaşdırılması və ürək fəaliyyətinin nizamlanması üçün istifadə olunur. Beyin damarlarında trombun əmələ gəlməsini aradan qaldırır. Kişi potensiyasını artırmaq gücünə malikdir.

Banan zəif işlədici, antibakterial, spazma götürən, ödqovucu, sidikqovucu, yara və xora sağaldıcı, sakitləşdirici təsirə malik olmaqla soyuqdəyməni götürür, həzmi yaxşılaşdırır. Banan pəhriz qidası kimi ağız boşluğunda selikli qişanın zədələnməsi, mədə və onikibarmaq bağırsaq xəstəliyi, xroniki qastroenterokolit, ishal, bakterial dizenteriya, qaraciyər və öd yolları xəstəliyi, stomatit, böyrək və sidik yollarının xəstəliyi, mərkəzi sinir sisteminin funksional pozulmaları zamanı istifadə edilir.

Banan meyvələri ürək-damar çatışmazlığı nəticəsində yaranmış ağır şişmələr, həmçinin hipertoniya xəstəlikləri zamanı faydalıdır. Yetişməmiş banan meyvəsi diabet və piylənmə zamanı faydalı sayılır. Mədəyə və onikibarmaq bağırsağa qanaxma zamanı, dizenteriya və vəba xəstəliklərində banan şirəsi müalicə vasitəsi kimi istifadə olunur. İsterik tutmalar və epilepsiya zamanı banan sakitləşdirici təsir göstərir.

Banan siqaret çəkməyi tərgitmək istəyənlər üçün də qiymətli vasitədir. Meyvələrin tərkibində olan B qrup vitaminlər, həmçinin kalium və maqnezium orqanizmdə nikotinə qarşı dura bilirlər.

Qeyd edək ki, banan Azərbaycanda Lənkəran, Zaqatala və Gəncədə dekorativ bitki kimi əkilir.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Hamısı