2 gün ömrü qalan xərçəng xəstəsindən ÜRƏKDAĞLAYAN SÖZLƏR "Dedi ki, sən saçsız da..."

Sağlamlıq 20:50 28.11.2018

Eurasia Diary publika-nın yazısını təqdim edir:

Deyirlər, xəstəxana divarları məscidlərdən daha səmimi dualar eşidir...

Bəlkə də sağlamlığımızın yerini xəstə hüceyrələr tutanda bu qənaətə gəlirik daha çox. İş masamızı dəmir çarpayılar, yazı qələmlərini inyeksiyalar, ailə üzvlərimizi tibb bacıları əvəzləyəndə anlayırıq əsl duaların dəyərini...

Kəskin "T" hüceyrəli limfoblast (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən biologiya müəllimi Samirə Məmmədova isə xəstəliyindən elə söhbət açırdı ki, elə bil illərdir bu xəstəliklə qidalanır, yatıb-qalxır.

38 yaşlı Samirə Məmmədova bir aya yaxındır ki, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun sakinlərindən biridir. Universiteti bitirdikdən dərhal sonra biologiya müəllimi kimi iş həyatına atılıb. Uzun illərdir şagirdlərinə canlı aləmin yaranışından, bitkilərdən, insanlardan, təbiətdən söhbət açan Samirə müəllimə indi dörd divarın arasında öz xəstə hüceyrələrinə "dərs keçir". Həm də sözün əsl mənasında. Palataya daxil olanda üzündə gülüşlə qarşıladı bizi. Elə o an anladım ki, qarşımda adi bir xəstə yox, yaşamağa, həyata və sevgiyə aşina olan biri var.

Bir az toxtadım. Çünki gözünü son damla ümidinə qədər həyata dikən biri ilə cəbhənin bu biri tərəfindən - sağlığına ölüm təhdidi olmayan yerdən dayanıb danışmaq mənim üçün asan deyildi.

Samirə müəllimə xəstəliyindən qısa müddət öncə xəbər tutub:

"İşə gedərkən başgicəllənmə, yorğunluq və halsızlıq hiss edirdim. Sonra ayaqlarımın damarları partladı, göyərdi... Dişlərimdə qanama başladı. Kardioloqa müraciət etdim. O isə məni bu instituta yönləndirdi. Analizdən sonra kəskin leykoz aşkar olundu. Həmin andan da müalicəyə başladım. Kimyaterapiyadan sonra özümü çox halsız hiss edirəm. Ancaq bir gün sonra düzəlirəm..."

Həkimin dediyinə görə, Samirənin xəstə vücudu müalicəyə müsbət reaksiya verir. Lakin onun bu xəstəlikdən birdəfəlik qurtulması üçün əməliyyat olunmağa ehtiyac var.

"İlik analizinin cavabları da, təəssüf ki, mənfi çıxdı. Bu xəstəlik iliyimdə də aşkarlandı. Düzdür, müalicələrin müsbət nəticəsi var, amma xəstəlik hər an yenidən baş qaldıra bilər. Buna görə də əməliyyat olunmaq vacibdir. Şükür ki, iki qardaşım var. Onların ilik analizlərindən müsbət cavab alsaq, donorum olacaqlar. İlik köçürülsə, xəstəlikdən tam azad olmaq ehtimalı var. Amma köçürülməsə, ömür boyu kurs-kurs müalicələr edilməlidir", - Samirə müəllim.

Samirənin yaxınları bu əməliyyatla bağlı xarici ölkələrlə də maraqlanıb. Deyilənə görə, Azərbaycanda bu sahədə ixtisaslaşmış cərrah yoxdur, lakin:

"Əməliyyat Belarus və Türkiyədə münasib qiymətə oluna bilər. Azərbaycanda isə donor tapdıqdan və əməliyyata hazırlıq gedəndən sonra Talassemiya mərkəzimiz Belarusdan bir-iki günlüyünə xüsusi həkimlər dəvət edir. Əməliyyat Almaniyada da mümkündür. Ancaq orada çox bahadır".

Müalicəsinin gedişatından razı qalan Samirə əksər insanların gözləntilərinin əksinə olaraq, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan xeyli razılıq etdi:

"Burada çox yaxşı baxırlar hər birimizə. Xəstəliyimi öyrənəndə psixoloji çöküntü yaşadım. Çox ağır diaqnozla daxil olmuşdum xəstəxanaya. Həkimim mənimlə söhbətlər etdi və məni hər şeyin yaxşı olacağına inandırdı. Kimyaterapiyada istifadə olunan dərmanlar və digər ağır pereparatlar var ki, həqiqətən bahalıdır. Ancaq onları dövlətimiz Almaniyadan özü gətirir və bizə pulsuz verilir. Xidmət də çox yaxşıdır".

Samirənin palata yoldaşı da onun razılıqlarına qoşuldu. Samirəni isə tərif etməkdən doymadı:

"Samirə çox güclü insandır. O, buraya təzə gələndə bütün sutka sistemin altında olurdu. Heç nədən xəbəri olmurdu. Sistemdən sonra saatlarla qusurdu, amma onunla belə yemək yeyirdi. Çünki yaşamaq, xəstəliyə qalib gəlmək istəyir. O qədər çətin proseslərin öhdəsindən gəlirdi ki... Amma yenə də ona çətindir".

Həmişə saçı daraqlı, sığallı bir qadının indi tüksüz başını yaylıq altında gizlətməsi kimə asan ola bilər ki?

Samirə deyir ki, bu savaş yolunda ona ən böyük dəstəyi ailəsi və övladlarıdır:

"İki azyaşlı qızım var. Bu xəstəliklə ən çox da onların xatirinə savaşıram. Onlar biləndə ki, saçlarımı kəsiblər, çox pis oldular. Ancaq o kiçik ürəkləri ilə mənə dəstək çıxdılar. Böyük qızım dedi ki, ana, sən saçsız da, qaşsız da, kirpiksiz də gözəlsən. Çünki analar hər halı ilə gözəl olur..."

İndi Samirənin içində apardığı müharibədə qalib gəlməsi üçün 100-200 min manat civarında məbləğ tələb olunur. Ancaq onun üçün ən böyük dəstək ona edilən dualardır. Hazırda onun adına bank hesabı açılıb və ianələr oraya toplanır. Samirə deyir ki, qohumları ilə yanaşı, onu tanımayanlar da maddi dəstək göstərirlər. Lakin öz maddi gücləri hesabına bu səddi aşmaq çox çətin məsələdir.

Bu inadkar qadın onunla eyni cəbhədə savaşan insanlara tövsiyələrini də çatdırdı:

"Bütün xəstəliklər kimi, bu xəstəliyin də yox olması 80-90 faiz insanın özündən asılıdır. Bunu bütün səmimiyyətimlə deyirəm. Ruh yüksəkliyi, mübariz olmaq hər şeydən vacibdir bu xəstəlik qarşısında. Mən buna ən böyük nümunəyəm. Çünki xəstəxanaya daxil olanda mənə iki gün ömrüm qaldığını demişdilər. Ancaq artıq bir aydır ki, buradayam, yaşayıram, mübarizə aparıram. Çünki, inanıram..."

Mən də inanıram ki, yaxşılıq da, şər də, nankorluq da, inamsızlıq da, sevgi də insanın qəlbinin sarışan hallarıdır. Buna bu gün bir daha əmin oldum. Hər kəs xəstəxana divarlarının soyuqluğundan şikayət etsə də, bu gün divarlarından qopan istiliyin meyxoşluğu ilə ayrıldım xəstəxanadan. Çünki Samirə məni də inandırmışdı. İnandırmışdı ki, dərdlər, xəstəliklər fərqli olsa da, eyni xoşbəxtliklə çıxır insanın canından...

İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
Hamısı