Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB

Cəmiyyət 18:50 10.05.2024

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BİZNES10 May , 2024 18:40
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
 
Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 195 milyon manatdan çox olan 21 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Ednews xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələrinin parkda görülən işlərlə tanışlıq zamanı bildirilib.

“Qarabağla digər bölgələrin qovşağında yerləşən Ağdam Sənaye Parkı rezident sayına görə digər sənaye parkları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye zonasıdır. Sənaye Parkında ümumilikdə 1 800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında infrastruktur şəbəkəsinin, elektrik, qaz, su xidmətlərinin qurulması, inzibati binanın tikintisi, o cümlədən rezidentlər tərəfindən bir sıra müəssisələrin tikinti-quraşdırma işləri aparılır”, - məlumatda deyilir.

“BAFCO İnvest” MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən müəssisə Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikinti və digər sahələrdə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı üzrə ixtisaslaşıb. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə 120 iş yeri yaradılacaq. “BAFCO İnvest” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 1 milyon manatdan çox vəsaitə qənaət edib.

“Mister Decor” MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilib. İnvestisiya həcmi 7 milyon manat olan fabrik Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk müəssisədir. İllik gücü 2,1 milyon ədəd rulon divar kağızının istehsalı olan müəssisədə 76 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Almaniya və Çin texnologiyasından istifadə edilən müəssisədə istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır. “Mister Decor” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 400 min manatdan çox vəsaitə qənaət edib.

“Metkons” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Sənaye Parkının 1 hektar ərazisində inşa edilmiş müəssisədə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı nəzərdə tutulub. Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu müəssisənin ümumi investisiya dəyəri 1,9 milyon manatdır və 45 nəfər daimi işlə təmin ediləcək. Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. “Metkons” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 100 min manatdan çox vəsaitə qənaət edib.

Agdam Sənaye Parkında həmçinin “Rail Trans Service” MMC-nin avtomatlaşdırma və telemexanika sistemlərinin, “Eel Electric” MMC-nin elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının, “Prof-Dam” MMC-nin dam örtüklərinin, “Tabaterra” MMC-nin tütün məmulatlarının, “Agah Group” MMC-nin metal profil və anbar stellajlarının istehsalı və digər müəssisələrin tikinti-quraşdırma işləri görülür. Bu müəssisələrin bir qisminin bu il fəaliyyətə başlaması planlaşdırılır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Digər sənaye parklarında olduğu kimi Ağdam Sənaye Parkında da sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli şərait yaradılıb.

Hazırda Azərbaycanda 7 sənaye parkı, 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonalarında rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. İşğaldan azad edilmiş ərazilərdəki Ağdam və Araz Vadisi sənaye parklarında isə əlavə güzəştlər də tətbiq edilir. Bunlara əsasən - xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 % endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən azadolma aiddir.

***
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar.

Ednews xəbər verir ki, bu barədə M. Cabbarov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü qeyd edilən bu əlamətdar tarixdə Ağdam Sənaye Parkında Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və həmkarlarla birlikdə bir neçə müəssisədə görülən işlər və yaradılan infrastrukturla tanış olduq.

İşğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması kimi istiqamətlərdə həyata keçirilən təşəbbüslərdə fəal iştirak edən Sənaye Parkının hər bir rezidentinə və əməkdaşına təşəkkürlərimizi çatdırır, uğurlar arzulayırıq", - nazir paylaşımında qeyd edib.

Paris Şuşada təslim oldu

Xəbər xətti

Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
22:17 25.06.2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb
21:31 25.06.2025
“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər
21:16 25.06.2025
İranın müdafiə naziri Çinə səfər edib
20:47 25.06.2025
İsrail zərbələri nəticəsində ölənlərin sayı 627-yə çatıb
20:31 25.06.2025
NASA-nın köhnə peyki qəfil "canlandı"
20:16 25.06.2025
MEDİA nümayəndə heyəti Sinxua xəbər agentliyində oldu -FOTO
20:01 25.06.2025
"Yüksəliş" müsabiqəsinin finalçısı vəzifəyə təyin olundu
19:46 25.06.2025
"Rütte özünü rüsvay etdi"
19:31 25.06.2025
"Atena"- nın fəaliyyətində nöqsanlar aşkarlandı
19:18 25.06.2025
Zelenski və Tramp iki aylıq fasilədən sonra görüşüblər
19:02 25.06.2025
Pakistan ABŞ-yə çata biləcək raket hazırlayır
18:47 25.06.2025
Rütte Donald Trampa "ata" dedi
18:32 25.06.2025
Morata Fabreqasın komandasına kluba keçir
18:17 25.06.2025
Piolli istefaya göndərildi
18:02 25.06.2025
"Azərbaycanın dəstəyi mübarizəmizə güc verir"
16:59 25.06.2025
NATO Ukraynaya hərbi yardımı davam etdirəcək
16:44 25.06.2025
"Neyrokolonializm şüura parazit kimi nüfuz edir"
16:18 25.06.2025
Peru Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
16:08 25.06.2025
Xankəndidəki uşaq bağçasında Silahlı Qüvvələr Günü qeyd edilib
16:03 25.06.2025
Çin ağcaqanad ölçüsündə PUA hazırladı
15:48 25.06.2025
"Kaş ki, daha güclü liqalara üz tutardı" -Ballak Leroy Sanenin seçimindən danışdı
15:36 25.06.2025
Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
15:21 25.06.2025
Baydenin əvəzinə sənədlərə o imza atırmış
15:06 25.06.2025
FIFA irqçi təhqirə görə Meksika klubunun oyunçusuna qarşı iş açdı
14:51 25.06.2025
"Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil"
14:36 25.06.2025
"Morning Midas"-ın necə yandığı məlum oldu
14:21 25.06.2025
ABŞ meqapolisləri istilikdən boğulur
14:06 25.06.2025
"Fransanın bölgədə xlordekon pestisidindən istifadəsi ciddi nəticələr doğurub"
13:51 25.06.2025
Moskva Ermənistanda hakimiyyətin qanuniliyində maraqlıdır
13:36 25.06.2025
"Ermənistanın bugünkü səyi - Azərbaycan diplomatiyasının təsirini etiraf etməkdir"
13:21 25.06.2025
“Bakı Fond Birjası” ötən il 1 milyon manat zərər edib
12:58 25.06.2025
Kibercasusluq: Gizli əməliyyatlar necə aşkar olur?
12:35 25.06.2025
Günəşdəki partlayışlar 72 saat ərzində planetdə iqlim cəhənnəmi yarada bilər
12:28 25.06.2025
" İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir"
12:25 25.06.2025
İrlandiyada "ilah kral" mifi təkzib olundu
12:08 25.06.2025
Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalanıb
12:02 25.06.2025
Hamısı