Bakıda EMDR terapiyasının birinci modul təlimi keçirilib Təlim iştirakçılarının təəssuratları

Sağlamlıq 14:22 15.06.2019

7-10 iyun tarixində Qafqaz Sahil Otelində Bakıda ilk dəfə olaraq EMDR Avropa Assosasiyası tərəfindən psixoloji təlimlər keçirilib. Təlimlərə klinik psixologiya üzrə elmlər doktoru Udi Oren və köməkçisi İzabel Meygnant rəhbərlik ediblər.

Qeyd edək ki, təlimdə Azərbaycanın bir çox bölgələrində fəaliyyət göstərən psixoloqlar iştirak edib. Təlimdə iştirak edən psixoloqlar Eurasia Diary ilə öz təəssüratlarını bölüşüblər.

Təlimin təşkilatçısı EMDR Azərbaycan Assosiasiyasının təsisçisi EMDR terapevt Süleyman Məmməd-zadəBalans Klubun dəstəyi ilə dörd günlük təlimlərin formatını izah edib.

"Udi Oran iki səviyyədən ibarət baza kurslarının birinci modulunu təlim edib.  İştirakçıların sayına limit qoyularaq 24 nəfərə icazə verilib. Sonuncu gündə yarımçıq qalan məsələlər müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb və iştirakçılara ilk superviziya edilib."Bu təlimdə iştirak edən psixoloq və psixoterapevtlər, müxtəlif psixoterapevtik üslublarından daim öz işlərində istifadə edirlər. EMDR üsulu dünyada ön beşliyin sırasında olmağına baxmayaraq Azərbaycan üçün yeni bir üsuldur və yanaşma tərzidir. EMDR terapiya üsuluyla müalicə sürət və efektivliyin qalıcılığıyla seçilir. Terapiya əsnasında pasiyent özü özünü müalicə edir.Terapevt yardımçı olaraq dəstək olur. Bu elmi üsülun terapevtik təsiri neyronlar səviyyəsində baş verir. Başqa yanaşmalardan fərqli olaraq terapevt pasiyentlə danışmağa yox, məhz qısa üsullara üstünlük verir. Bədən yöntəmli və inteqrativ terapiya üsülu sayılır. EMDR terapiyanın bir böyük müsbət cahətidə var ki, bu metodu öyrənən mütəxəssislər öz təcrübə və biliklərini unudmalı və  kənara qoymalı deyillər. Əksinə, EMDR metoduna integrasiya edə bilirlər. 

Beləliklə 1-ci modul sona çatdı. Bütün iştirakçılar öz bacarıqlarını zənginləşdirdilər. Bu istiqamətdə ilk superviziyalarını aldılar. Psixoterapevtlərin şəxsi inkişafı üçün superviziya və interviziyalar çox önəmli və şərtdir.Ümid varam ki, təlimlər, interviziyalar və superviziyalar davamlı şəkildə təşkil olunacaq və biz bu gündən etibarən, bu təlimlərdə iştirak edənlərlə birlikdə, EMDR ailəsi olaraq Azərbaycanda psixoterapiya səviyyəsini hiss olunacaq dərəcədə qaldırıb daha da keyfiyyətli edəcəyik.
 
 
"Təlimi bitirənlər artıq sərbəst şəkildə müəyyən psixoloji pozuntulara asanlıqla dəstək ola bilər. İnşallah gələn il ikinci modul təşkil ediləcək" -  deyə  S.Məmməd-zadə təlimləri uğurlu hesab edib.
 

"EMDR  təliminə gəlməzdən öncə mənim EMDR haqqında məlumatım çox az idi.İsdəyirdim, maraqlanırdım və arzuluyurdum bu metodla tanış olmağa. Amma bunun ölkəmizdə baş tutacağına sözün açığı heç hesablamamışdım" -Loqos Psixoloji və Nitq İnkişaf mərkəzinin Klinik Psixoloqu İsmayılova Məleykə söyləyib.

"EMDR terapiya çox rastlanan postravmatik stress pozuntusu, depressiya, panikatak və bir sıra psixoloji rahatsızlıqlar kimi əlamətlərdən əziyyət çəkən pasiyentlərin müalicəsində əla metodlardan biridir".

O hesab edir ki, metodun üstün cəhəti qısa müddətli, effektli və bununla yanaşı ziyansız olmasıdır. 

"Düşünürəm ki, İnşallah bu metod həm bizə, həm bizim pasiyentlərimizə çox uğurlu və xeyirli olacaq. İnşallah biz insanlarımıza daha tez bir müddətdə kömək etmiş olacağıq".

"Əvvəl psixodinamik vasitələrdən istifadə etməli idik, bunun üçün analiz etməli və pasiyentin uşaqlıq dövrünü araşdırmalı idik. Uşaqlıq travmaları və erkən travmalar araşdırmalı olurduq, lakin indi biz o travmalara EMDR vasitəsi ilə qayıdacağıq və çox da bu məsələnin üzərində qalmağa ehtiyac olmayacaq".

Psixoloq EMDR terapiyanın nəticələrinin müsbət olacağına ümid etdiyini bildirib.

 

Ramidə Məmmədova Psixologiya üzrə fəlsəfə doktoru və İnci Psixoloji Mərkəzin direktoru treninqlə bağlı fikirlərini Eurasia Diary ilə paylaşıb.

"Praktik psixoloqlar yeniliklərə açıq olmalı və özlərini mütəmadi inkişaf etdirməlidirlər. EMDR metodu post-travmatik xəstəliklər üzrə çox əhəmiyyətlidir. Psixoloqlar da müəyyən müddət ərzində yüklənmələrə məruz qalır. EMDR treninqlərindən sonra isə özümü daha gümrah və rahat hiss elədim."

Psixoloq düşünür ki, EMDR üsulunun digərlərindən fərqi bir problem üzərində dəfələrlə yanaşma və nümunənin götürülməsidir. Burda isə pasiyentlərin özü vasitəsi ilə problem həll olunur.

"EMDR təlimləri mütəmadi olaraq təşkil olunarsa başqa ölkələrdəki kimi Azərbaycanda da inkişaf edəcək. Həmkarlarımızın iştirakı və marağı artarsa, o zaman daha çox uğur əldə edə biləcəyik və təlimlər daha da çox yayıla biləcək."

 

 Psixoloq Arzu Qurbanlı,  treninqi müsbət qiymətləndirib. O, EMDR terapiya ilə biliklərinin arttığını və gələcəkdə öz işlərində tətbiqi ilə uğura nail ola biləcəyini söyləyib.

"EMDR ilə problemi daha ətraflı araşdırmaq və dəqiq cavab almaq olur. Təlimçinin də dediyi kimi, bu metodda pasiyentə sadəcə psixoloq kimi deyil misal üçün polis kimi yanaşmalıyıq. Yəni problemə  həsass deyil, polis kimi birbaşa yanaşmaq lazımdır."

 

Psixoloq Afaq Kişiyeva treninqlərlə bağlı müsbət təssüratlarını paylaşaraq, onun biliklərinin artırılmasında təlimlərin böyük önəmini vurğulayıb.

"Mən bu treyninqi bir dəfə keçmişəm. İndi təkrar keçirəm. Keçən il belə treninq bizdə keçirilmişdi, ancaq bu səviyyədə yox. Bu təlim çox yüksək səviyyədə keçirilərək daha gözəl təşkil olunub".

Psixoloq EMDR terapiyanın sürətdə, effektivlikdə, problemin kökünü tez əldə etməkdə digər növlərdən fərqləndiyini bildirib.

"EMDR terapiyada problemin kökünü tez əldə etmək və onun üstündə işləmək daha rahatdır və nəticə tez əldə olunur", Afaq Kişiyeva söyləyib.

 

Psixoloq Rəsulzadə Mədinə EMDR terapiya ilə yaxından tanış olduğundan məmnunluğunu ifadə edib.

"Çox sevinirəm ki, EMDR ilə yaxından tanış oldum. EMDR-də bir özəllik var. Heç bir müdaxilə etmədən seans zamanı, terapiya zamanı əgər pasiyent öz problemini özündə saxlamaq istəyirsə, bölüşmək istəmirsə, EMDR-dən istifadə edərək onun problemini anlamaq olar. Yəni, EMDR-nin əsas üstünlüyü budur. Buna görə də düşünürəm ki, növbəti iş həyatımda,iş prosesində EMDR-dən daha çox istifadə edəcəm və hətta davamlı olaraq istifadə edəcəm".

Psixoloq EMDR terapiyanın üstünlüyü kimi pasiyentin öz özünü müalicə etməsini göstərib.

 

Loqos Psixoliji və Nitq İnkişaf Mərkəzinin Gəncə filialının psixoloqu Günel Paşayeva təlimlərdən çox bilik əldə etdiyini və gələcəkdə praktik formada istifadə edəcəyini bildirib. Təlimlərin Azərbaycanda keçirilməsinin isə misilsiz addım olduğunu və bununla psixoloqların rahat şəkildə iştirak etməsinin vacibliyini vurğulayıb.

"Bu terapiyanın digərlərindən fərqi isə daha qısa və konkret olmasıdır. Psixoanalizdə uzun müddətdir çalışıdıqsa, burda yetərincə qısa müddətdə çalışıb yetərincə yaxşı, dolğun şəkildə pasiyentə kömək edə biləcəyimizi ortaya çıxartdıq və bu da çox gözəldir".

EMDR terapiyanın Azərbaycanda hansı səviyyədə olması mövzusunda isə G. Paşayeva qeyd edib ki, Ümumi Azərbaycanı götürsək, deyərdim ki, EMDR terapist Süleyman müəllimi tanıyırıq. Bu terapiyanı uyqulayan çox insan yoxdur. Əvvəlcə EMDR terapiya ilə bağlı məlumat verilmişdi. Amma belə dolğun, konkret şəkildə deyildi. Qısa məlumatlar və heç də ümumi qaydaya uyğun olmayan materiallar verilmişdi. Ona görə də, düşünürəm ki, burda iştirak edənlər çox şanslıdırlar. 

 

Psixoterapevt Nərgiz Hüseynova da  dörd günlük təlimlə bağlı təəsuratlarını Eurasia Diary ilə bölüşüb. O, bildirib ki, ümumiyyətlə, biz bu terapiya növünü EMDR barədə çox eşitmişik Süleyman müəllimdən və bu təlimin nə vaxt baş verəcəyinİ dekabr ayından gözləyirdik. Çox adam bu təlimi gözləyirdi. EMDR  terapiyaya maraq çoxdur, çünki çox qeyri-adi bir terapiya növüdür. Tez təsir edən, ümumiyyətlə psixoterapiya seansları 18 seans və daha artıq olur. Amma EMDR biraz daha sürətli təsir etmə gücünə malikdir. Ona görə də, başqa terapiya növlərindən də seçilir və möcüzəli hallar baş verir. Çünki, öz üzərimdə də hiss eləmişəm. Bu 4 günlük təlimdə də biz öz üzərimizdə tətbiq elədik və mən özümdə çoxdan qalan bir problemi həll etməyə nail oldum.

EDMR-in digər terapiya növlərindən nə ilə fərqləndiyini N. Hüseynova belə izah edib: "Digər psixoterapiya növlərində  məqsədə çatmaq biraz uzun zaman tələb edir. Ancaq EMDR-da bu möcüzəvi şəkildə tez baş verir. İnsan bədənində  hislər və duyğular yaşanır, baş ağrıları, ürəkdə həyəcan və s.hissiyatlar baş verə bilir amma tez bir zamanda   keçir gedir. İnsanın problemləri şüuraltindan üzə çıxır,insanın bədənində müəyyən proseslər gedir bütün neqativlər təmizlənir. Bu proseslər pasiyentin daxilində tez bir zamanda baş verib bitir.Məhz bununla bu terapiya növü başqa yanaşmalardan fərqlənir.

N. Hüseynovanın sözlərinə görə, bu terapiyanı  nəinki böyüklərə həm də kiçik yaşlı uşaqlara da tətbiq etmək olur.

Müsahibimiz həmçinin qeyd edib ki, "hələki EMDR barədə çox adam bilmir. Birinci dəfədir ki, bizdə bu səviyyədə təlim keçirilir. İsrail EMDR Assossasiyasının prezidenti özü şəxsən bizə bu təlimi keçir. Bundan sonra düşünürəm ki, burda iştirak edən psixoterapevtlər bunu tətbiq etdikcə EMDR terapiya yayılıb  inkişaf edəcək". 

   EMDR Azərbaycan Assosiasiyasının üzvü Psixoterapevt Yeganə Özçelebi isə keçirilən treninqlə bağlı bildirib ki, "Təlimlər dörd gün davam edib. Bura gələn müəllimlər  çox təcrübəli insanlardır. Təlim iştirakçılarına EMDR terapiyanın 1-ci modulu keçirilib. Təlim zamanı insanlarla EMDR-i necə tətbiq etməyi öyrədiblər. Təlim həm də praktik xarakter daşıyırdı. Son gündə superviziya da keçirilib. Bu təlimdən sonra iştirakçılar pasiyentlərl\ işləyə biləcəklər. EMDR terapiyada nəticələr tez əldə olunur. Və digər terapiyalarla müqayisədə qalıcı müsbət nəticələrə malikdir. EMDR effektivliyi baxımından terapiyalar arasında 1-ci yerdədir. Psixoloq və Psixiatrlarımız  EMDR-i öyrənmiş olsalar, onların işi daha da asanlaşacaq və daha qısa bir zamanda daha gözəl nəticələr əldə edəcəklər".

Y. Özçelebinin sözlərinə görə burada olan iştirakçılar bu terapiyanı həyata keçirəcək. Çünki terapiya həqiqətən çox gözəldir. Əlbəttə ki, digər psixoloqlar həmçinin pasiyentlər də bu terapiya haqqında daha çox eşidəcəklər və mən əminəm ki, daha çox psixoloq bunun haqında öyrənmək və maraqlanmaq arzusunda olacaq. Gələcəkdə səviyyəni artırmaq üçün 2-ci modulun keçiriləcəyi təlimi  səbirsizliklə gözləyirik.

Y. Özçelebi terapiyanın modulları barədə məlumat verərək qeyd edib ki, "ümumilikdə 2 modul var və ikinci modula haqq qazanmaq üçün 10 superviziyadan keçmək lazımdır. 

 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Hamısı