İnsanlar hansı yaşda işdən getməlidir? Mütəxəssislər danışır

Sağlamlıq 23:14 10.11.2019

“İnsanlar var ki, 90 yaşına qədər faydalılıq funksiyaları yüksək olur və cəmiyyətdə xeyli işlər görə bilir. İnsanlar da var ki, 50 yaşdan sonra sıradan çıxır. Buna fərdi olaraq yanaşılmalıdır”.

Eurasia Diary xəbər verir ki, bu sözləri Lent.az-ın suallarını cavablayan professor, ekspert Adil Qeybulla deyib. O bildirib ki, ümumiyyətlə, insanın fiziki və ruhi sağlamlığı bir çox faktorlarla bağlıdır:

“Əsasən genetik faktor, eləcə də insanın keçirdiyi həyat tərzi, keçirdiyi xəstəliklər və s. sözügedən faktorlara aiddir.

Sadəcə olaraq yaşlı adamların əmək qabiliyyətləri tez aşağı düşür, onlar fiziki baxımdan elə də aktiv olmurlar və gənclər qədər çevik olmağı bacarmırlar”.

A.Qeybulla qeyd edib ki, dünyanın müxtəlif ölkələrdə də yaş məsələsi nisbi götürülür:

“Məsələn, Ronald Reyqan 70 yaşına az qala Amerika Birləşmiş Ştatlarının prezidenti seçildi. Həmçinin Donald Tramp da 71 yaşında 2017-ci ildə prezident oldu.

Düşünürəm ki, bir insan öz əmək qabiliyyətini, intellektual imkanlarını saxlayırsa və kifayət qədər təcrübəyə malikdirsə, onun işləməsi lazımlıdır. Məsələn, siyasi, eləcə də dövlət əhəmiyyətli vəzifələrdə təcrübəli şəxslərdən istifadə edilməlidir ki, uğur qazanılsın. Ancaq çevik işlərdə mütləq üstünlük gənclərə verilməlidir”.

Professor hesab edir ki, cəmiyyət elə bir formada qurulmalıdır ki, əmək qabiliyyətini itirmiş və ya itirməmiş şəxslər özünü cəmiyyətdə tapa bilməli, eyni zamanda hər birinin sosial müdafiəsi imkanları mövcud olmalıdır:

“Belə olan halda düşünürəm ki, cəmiyyətdə hər şey daha yaxşı olacaq və vəzifəyə gəlir mənbəyi kimi baxılmayacaq. Biz bu cür cəmiyyət qursaq, problemlər də olmaz”.

Mövzu ilə əlaqədar saytımıza danışan psixoterapevt Mehriban Rzayeva bildirib ki, insanın şəxsiyyət vəsiqəsi yaşı ilə fiziki yaşı üst-üstə düşməyə bilər:

“Dünya şöhrətli rus alimi İvan Pavlov 80 yaşında işə velosipedlə gedib, gəlirdi və produktiv çalışırdı. Bəzən isə elə adamlar olur ki, 45 yaşı olsa da, onun psixi funksiyalarında zəiflik müşahidə olunur.
Bir sözlə, insanın həyat tərzində düzgün qidalanması, zərərli vərdişlərinin olmaması, aktiv fəaliyyət göstərməsi vəsiqə yaşının önəmli olmadığını bir növ sübut edir”.

M.Rzayeva düşünür ki, intellektual, zehni işlə məşğul olan şəxslər işlədikcə onların təcrübəsi daha da artır və savadlı kadra çevrilirlər:

“Ancaq bəzi peşələr də olur ki, orada yaşlı təbəqənin yerinə cavanların işlə təmin edilməsi daha böyük uğurlar gətirə bilər.

Qeyd edim ki, hazırda ölkədə psixoloq ştatlarına çox az yer verilir. Məsələn, Amerikada, Avropada olan böyük şirkətlərdə mütləq psixoloqlar çalışır və işçilərin psixoloji vəziyyətləri ilə bağlı yardımçı olurlar. Ancaq bizdə bu təcrübədən istifadə olunmur. Zənnimcə, ilk olaraq dövlət müəssisələrində sözügedən təcrübədən istifadə edilməlidir. Daha sonra bunun effektliyi müşahidə edildikdən sonra isə özəl qurumlar da psixoloqların iş mühitində olmasından yararlanacaqlar”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı