Çində ötən sutka ərzində koronavirusa yoluxanların sayı daha bir neçə min nəfər artaraq 37 mini keçib.
Eurasia Diary xəbər verir ki, bu rəqəmi Çinin Səhiyyə və Gigeyena məsələləri üzrə Dövlət Komitəsi açıqlayıb. Virusun səbəb olduğu pnevmaniyadan ölənlərin sayı isə 811 nəfər çatıb və sürətlə 1000-ə yaxınlaşır. Hər sutka orta hesabla 100 nəfərin virusdan öldüyü bildirilir. Hazırda xəstəxanalarda olan 6200-ə yaxın xəstənin isə vəziyyəti ağırdır.
Çin hakimiyyətinin epidemiyanın qarşısını almaq üçün gördüyü sərt tədbirlərə baxmayaraq virus sürətlə yayılır.(virtualaz.org)