Koronavirusa hansı ölkədə nə qədər insan yoluxub? Ölənlər və sağalanlar - CƏDVƏL

Sağlamlıq 13:16 03.03.2020

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, koronavirus xəstəliyinə (COVID-19) dünyanın 74 ölkəsinə rast gəlinib.

Eurasia Diary xəbər verir ki, bu dəqiqəyə qədər dünya üzrə 91 minə yaxın insan dəhşətli virusa yoluxub.

Koronavirusun yeni növü 2019-cu ilin dekabrında Mərkəzi Çinin əhalisi sıx olan Uhan şəhərində qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocaqları olan epidemiya kimi xarakterizə edərək, beynəlxalq miqyaslı fövqəladə hal kimi tanıyıb. Çindən başqa, epidemiyanın daha çox yayıldığı ölkələr Cənubi Koreya, İtaliya və İrandır.

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib ki, koronavirusun yayılmasına qarşı mübarizəyə fövqəladə yardım fondundan 15 milyon dollar ayrılıb. Bu vəsait Dünya Səhiyyə Təşkilatına və UNICEF-ə virusun yayılmasına nəzarət tədbirləri, yoluxma hallarının araşdırılması və milli laboratoriyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün verilib.

Rəsmi rəqəmlərə görə, COVID-19 virusunun qeydə alındığı ölkələrin siyahısı belədir.

Qeyd edək ki, koronavirusdan ölənlər əsasən yaşlı, ahıl insanlardır. İmmuniteti güclü olan şəxslər xəstəliyə yoluxmur, yoluxsa da sağalırlar. Virus 91 minə yaxın insanda aşkarlansa da, ondan 3117 xəstə vəfat edib. Yəni, ölüm ehtimalı 3-4 faizdir. Eyni zamanda sağalanların sayı da 48 017 nəfər təşkil edir.

Koronavirus nədir və necə yaranıb?

Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OIE) və Dünya Səhiyyə Təşkilatı (DST) yeni yayılmış “2019 novel koronavirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlib. Belə ki, hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome - orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome - ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb.

Virus ailəsinin adı onun anatomik quruluşu - “tac” formasında olması ilə əlaqədardır və bu ailəyə daxil olan bir sıra viruslar zoonoz infeksiyaların yaranmasına səbəb olur. Həmin virus genetik olaraq bütün digər koronaviruslardan fərqlidir və hazırkı epidemiyanın insanlar arasında daha sürətlə yayılması, xüsusilə diqqəti cəlb edir. Koronaviruslar geniş virus qrupuna mənsub olsa da, onların yalnız altı növü (yenisi sayca yeddinci olacaq) insandan insana ötürülə bilər.

Koronavirusdan necə qorunaq?

Koronavirus əsasən hava və damcı yolu ilə keçir. Bu, insanların daha az məsafədə təmasda olmasından asılıdır. Bir metrdən artıq təmas olarsa, bu zaman yoluxma ehtimalı xeyli aşağı düşür. Virus əşyalar vasitəsilə də keçir. Məsələn, bir nəfər qələmi xəstə istifadə edir və biz də həmin qələmdən istifadə edib, əlimizi gözümüzə, burnumuza vursaq, o zaman yoluxa bilərik. Tövsiyə olunur ki, xəstə insanlarla təmasda olunmasın, ictimai yerlərdə, xüsusilə də avtobus və metrodan istifadə edən şəxslər mütləq əllərini tez-tez sabunla yusunlar. Əgər yumaq imkanı yoxdursa, özü ilə spirt gəzdirsin, bununla əllər yuyulsa kifayət edər.

Çalışmaq lazımdır ki, insanların çox toplaşdığı yerlərdə olmayaq. Su içərkən də diqqətli olmaq lazımdır ki, mənşəyi bəlli olmayan sulardan istifadə edilməsin. Tibbi maskalardan istifadə etsələr daha yaxşı olar. Ancaq ondan istifadənin də müəyyən bir müddəti var. İki saatdan artıq istifadə edilməməlidir. İki saatdan artıq istifadə edilmiş maskalar öz keyfiyyətini itirir.

Koronavirusa qarşı tədbirlər istənilən halda görülməlidir. Virusa yoluxanlar karantinə alınmalıdır. Bu, o demək deyil ki, koronavirusa yoluxanların hamısı ölmülə üzləşir. Qrip əlamətləri aşkar edildikdə, tibbi maskalardan istifadə olunmalıdır və bu insanlarla çox yaxın təmasdan çəkinmək lazımdır. COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Həmçinin əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli “qaynar xətləri” fəaliyyət göstərir..(baku.ws)


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı