Koronavirus infeksiyasının ağır forması qızdırma, öskürək və tənəffüs çatışmazlığı ilə xarakterizə olunur.
"EDNews" xəbər verir ki, ən təhlükəli əlamət tənəffüs çatışmazlığıdır və arterial qanda oksigenin miqdarının azalması səbəbindən ortaya çıxır.
Ağciyər toxumaları virusa görə çox geniş həcmdə zədələnir və beləliklə də, əsas funksiyasını - oksigenin xaricdən qana ötürülməsini dayandırır.