Koronavirusla bağlı ölkələr üzrə - SON STATİSTİKA | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Koronavirusla bağlı ölkələr üzrə - SON STATİSTİKA

Səhiyyə A- A A+

Koronavirus pandemiyasının (COVID-19) yayıldığı ölkələrin sayı 197-yə yüksəlib. 

EDNews xəbər worldometers.info-nun statistik məlumatlarına əsasən xəbər verir ki, dünyada virusa yoluxanların ümumi sayı 422,945 nəfər olub. Virusa yoluxan 109,102 nəfər sağalıb. Hazırda bu xəstəlikdən 294,936 şəxs müalicə alır. Koronavirusdan ölənlərin sayı dünya üzrə 18,907 nəfərə çatıb.

Son sutkada ən çox yoluxma qeydə alınan ölkələr ABŞ (9,279), İspaniya (4749), İtaliya (5249), Almaniya (3930), Fransa (2448), İran (1,762) və İsveçrə (1082) olub.

Ötən gün ən çox ölüm isə İtaliya (743), İspaniya (497), Fransa (240), ABŞ (132) və İranda (122) baş verib.

Bu günədək dünya ölkələri üzrə koronavirusdan ən çox itki verən ölkə İtaliya (6,820), Çin (3,277), İspaniya (2,808) və İrandır (1,934).

Qeyd edək ki, dünya üzrə ən çox koronavirusa yoluxma Çində (81,171) qeydə alınıb. İtaliya (69176) ikinci, ABŞ isə (53013) üçüncü, İspaniya (39885) dördüncü, Almaniya (32986) beşinci, İran (24811) altıncı, Fransa isə (22304) yeddinci sırada qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...