Koronavirusa qarşı elmimiz aciz durumdadır SSRİ-yə səs salmış elmi tədqiqat institutlarımız çöküb

Sağlamlıq 14:05 25.03.2020

Bir aydan çoxdur ki, dünyada pandemiya elan edilən koronavirus Azərbaycan gündəmini zəbt edib. Hazırda 70-dən çox vətəndaşımız bu xəstəliyə yoluxub, bir nəfərsə vəfat edib. Prezidentindən tutmuş siravi vətəndaşlarına qədər əhalinin böyük əksəriyyəti narahatdır. Çünki koronavirus pandemiyası Azərbaycanı qəfil haqlayıb. Nə səhiyyəmiz, nə də elmimiz virusla mübarizəyə hazır deyil. Xarici dövlətlərdə isə virusa qarşı mübarizədə elmi institutlar böyük uğurlar əldə edir və bu uğurlar tibbi muayinə və mualicələrdəki uğurları formalaşdırır. Yəni, koronavirus kimi pandemiyaları əvvəl elm xadimləri aşkarlayır, araşdırır, profilaktika üsullarını hazırlayır, daha sonra həkimlər bu üsullarla virusa yoluxan insanları mualicə edir.

Koronavirusa qarşı effektiv mübarizə aparan institutlar...

1887-ci ildə ABŞ-da Milli Səhiyyə İnstitutu qurulub. Qurumun hazırda 20 672 personalı var ki, əksəriyyəti həkim-mütəxəssislərdir. İnstitutun büdcəsində 40 milyard dollara yaxın vəsait var. 1200 elmi tədqiqatçısı və iri laboratoriyaları ilə dünyanın ən böyük bioloji və tibbi araşdırmalar mərkəzi hesab edilir. Rəhbəri Frensis Kollinsdir. Kollins ixtisasca genetika mühəndisi və həkimdir. Həyatı boyu yüzlərlə xəstəliyin genetikasını araşdırıb. Onun rəhbərlik etdiyi qurum bu yaxınlarda koronavirusun havada, plastik və dəmir əşyalarda nə qədər qala bildiyini təsbit edib. Hazırda isə virusun peyvəndini tapmağa çalışır...

1891-ci ildə Almaniyada Yoluxucu Xəstəliklər İnstitutu qurulub. Qurucusu tüberküloz başda olmaqla bir çox xəstəliyin mualicəsini kəşf edən dünyaca məşhur həkim prof. Robert Koş idi. Koş öləndən sonra instituta onun adı verildi. Hazırda burada 450 elmi tədqiqatçı çalışır. Müstəqil və hökumətüstü bir qurumdur, rəhbərlərini özü seçir. Hökumət onu maliyyələşdirsə də işlərinə qarışa bilməz. Bu günkü rəhbəri mikrobiologiya professoru Lotar Vielerdir. Almaniyanın koronavirusla mübarizəsindəki qalası məhz bu institutdur. Qeyd edək ki, Koş institutu 8 il əvvəl hökumətə təqdim etdiyi hesabatda SARS virusunun mutasiyaya uğrayacağı və Cənubi Asiyadan dünyaya yayılacağı proqnozlaşdırılmışdı. İki dünya müharibəsi, iki işğal, parçalanma kimi dağıdıcı milli böhranlar yaşayan Almaniya bunlara baxmayaraq, bu institutu qorumağı və inkişaf etdirməyi bacardı. Və institut 8 il əvvəl koronavirus pandemiyasına görə həyacan təbili çaldı...

MİGAL Tədqiqat İnstitutu biotexnologiya, ətraf mühit və kənd təsərrüfatı elmləri sahəsində ixtisaslaşmış tətbiqi və müstəqil tədqiqat təşkilatıdır. 1979-cu ildə İsraildə yaradılıb. 80 fəlsəfə doktoru və 260 təcrübəli tədqiqatçısı ilə İsrailin ən böyük tədqiqat mərkəzlərindən biridir.  53 laboratoriyası var. Rəhbəri Devid Zigdondur. Zigdon İsrailin ən məşhur biotexnologiya mühəndislərindən biridir. İsrail mətbuatında yer alan xəbərlərə görə koronavirusun peyvəndini bu institut hazırlayıb və arılar üzərində test edib. Dünya ictimaiyyəti hazırda İsraildəki bu institutu böyük ümid və həyacanla izləyir.

Bəs Azərbaycanda koronavirusu araşdıracaq, peyvəndini tapa biləcək elmi-tibbi tədqiqat mərkəzi varmı?

Ümumilikdə, Azərbaycanda 10 ədəd elmi-tətbiqi tibbi tədqiqat institutu fəaliyyət göstərir. Bunlar içərisində ən köklü olanı 1922-ci ildə yaradılmış, hazırda akademik Vəli Axundovun adını daşıyan Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutudur. 1922-ci ildə qurulan zaman adı Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutu idi. Bu institut Azərbaycanın viruslarla mübarizə tarixinin ən şanlı səhifələrini yazıb, tarixi kəşflərə, naliyyətlərə imza atıb.

Virusologiya İnstitutunun ilk direktoru Şirokoqorov SSRİ-nin məşhur həkimlərindən biri idi. Şirokorovdan sonra institutun rəhbəri isə Nobel mükafatı laureatı alim, həkim, P.F.Zdrodovski olub. 1924-1925-ci illərdə SSRİ-də difteriyaya qarşı ilk preparat Azərbaycanda, bu institutda hazırlanıb.

1930-cu illərdə minlərlə azərbaycanlı taun xəstələyindən dünyasını dəyişdiyi bir dövrdə Virusologiya İnstitutu taun xəstəliyi ilə bağlı tədqiqatlar apardı və taun əleyhinə preparatlar hazırlandı.

İnstitut İkinci Dünya müharibəsində isə bütün fəaliyyətini cəbhəyə lazım olan biopreparatların istehsalına yönəltdi. SSRİ miqyasında bu sahədə ən effektiv çalışan müəssisələrdən biri oldu.

1952-ci ildə Virusologiya İnstitutunda tədqiqatlar nəticəsində respublikamızda Kü-qızdırması, Marsel qızdırması, siçovul səpgili yatalağı kimi infeksion xəstəliklər aşkar edildi və müalicə üsulları hazırlandı.

1956-ci ildən İnstitut müəyyən etdi ki, respublikada bağırsaq xəstəlikləri strukturunda kolienteritlər 30-35% təşkil edir.

Bu gün xalq tərəfindən suçiçəyi kimi tanınan xəstəliyin elmi tərifini və mahiyyətini 1957-ci ildə yenə Virusologiya İnstitutu kəşf etdi. Bu illərdə SSRİ-də viruslu hepatitləri ilk öyrənən elmi mərkəzlərdən biri də məhz Bakıdakı Virusologiya İnstitutu idi.

60-cı illərdə institutda radioloji şöbə təşkil edildi və burada müvəffəqiyyətlə radioaktiv şüaların infeksiya və immunitet proseslərinə təsirinin tədqiqinə başlanıldı. Diqqət edin, 60-cı illərdə Virusologiya İnstitutunda atom enerjisi ilə necə insan mualicə edildiyi araşdırılırdı. Bu da Vəli Axundov kimi akademiklərin əməyinin nəticəsi idi.

60-80-ci illərdə akademik Vəli Axundovun töhfələri ilə beynəlxalq səviyyəli bir tədqiqat mərkəzinə çevrilən İnstitut SSRİ-nin dağılmasından sonra tənəzzül etməyə başladı.

Bu gün Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu olaraq adlandırılan insitutun nəylə məşğul olduğu məlum deyil. İnstitut Səhiyyə Nazirliyinə bağlıdır, rəhbəri isə 80 yaşlı professor Namiq Əliyevdir. Namiq müəllim mikrobiologiya ixtisası üzrə professordur, uşaqlarda bağırsaq xəstəlikləri və efir yağından viruslar əleyhinə istifadə ilə bağlı kitablar yazıb. Qeyd edək ki, N.Əliyev koronavirusla bağlı aparılan araşdırmalar barədə bir dəfə də olsun mətbuata açıqlama verməyib.

Bəs nə üçün 98 yaşlı “virusologiya” (köhnə adıyla) institutumuz 70 il bundan əvvəl indikindən daha effektiv çalışırdı? Niyə bu illər ərzində bizim elmimiz və səhiyyəmiz irəli yox geriyə gedib? Virusologiya İnstitutuna son 30 ildə gərəkli qayğı və maddi dəstək ayrılsaydı indi koronavirusun dərmanı Amerikada, İsraildə yox, bəlkə də, Azərbaycanda axtarılardı. Yuxarıda qeyd etdiyimiz ABŞ, Almaniya və İsrail elmi tədqiqat insitutları bizim 98 yaşlı tarixi Virusologiya İnsututumuzdan nəylə fərqlənir?

Əvvəla bu ölkələrdəki institutlar tam müstəqildir. Rəhbərlərini özləri seçir, tədqiqat mövzularını özləri müəyyənləşdirir. Hökumət onları maliyyələşdirsə də işlərinə qarışmır, qarışa bilmir. Məsələn, hökumət 82 yaşlı siyasətçini durduq yerə insitutun və ya onun bağlı olduğu elmi mərkəzin rəhbərliyinə gətirə bilmir. Həmçinin dövlətin instituta ayırdığı milyonlar nazirlər, məmurlar tərəfindən oğurlanmır.

Azərbaycanda isə sabiq nazirlərdən birinin şəxsi əmlakının dəyəri Virusologiya İnsitutunun büdcəsindən qat-qat artıqdır.

Koronavirus bir daha bütün dünyaya göstərdi ki, elmə diqqət ayırmayan dövlətlər məhvə məhkumdur. Və koronavirus kimi qlobal böhranlardan nefti, qazı, pulu, mənəvi dəyərləri çox olan xalqlar yox, elmi daha çox inkişaf etmiş xalqlar sağ çıxır. Elmi inkişaf etmiş dövlətlərin vətəndaşları ölkəsinin səhiyyəsinə və elminə güvənir, onlara ümid edir. Azərbaycan kimi ölkələrdə isə vətəndaşların ümidi Allaha qalıb...

 

Nicat İSMAYILOV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" yarımfinala yüksəldi
10:06 05.07.2025
Hamısı