Maska ilə qaçan şəxsin ağciyəri partladı | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Maska ilə qaçan şəxsin ağciyəri partladı

Səhiyyə A- A A+

Çində koronavirus səbəbi ilə maska ​​geyinərək qaçan şəxsin ağciyəri partlayıb.

Həkimlər həmin şəxsin ağciyərinin partlamasına səbəb kimi maska ilə qaçmasını qeyd edib.

Çinin Uhan şəhərində yaşayan 26 yaşlı gənc təcili əməliyyat edilib. Həkimlərin verdiyi məlumata görə qoruyucu maska ilə qaçan şəxsin sol ağciyəri 90 faiz daralıb və ürəyi bədəninin sağ tərəfinə yönəlib.

Ürək və damar cərrahiyyəsi mütəxəssisi Çen Bojun insanlar arasında hava sızması olaraq bilinən pnevmotoraksa həssas olan şəxslərin maska ilə qaçmasının təhlükəli olduğunu vurğulayıb. O, əlavə edib ki, belə olan halda ağciyərlərə ağır yük düşür və ciddi fəsadlara səbəb olur. (publika.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...