D vitamini ilə koronavirus arasında əlaqə varmı? Endokrinoloq Xəqani Həsənovla MÜSAHİBƏ

Sağlamlıq 19:26 02.07.2020

İnternetdə ev şəraitində koronovirusla mübarizənin protokolları yayılandan dərhal sonra insanlar D vitamini də daxil olmaqla, müalicə üçün istifadə edilən dərmanları əldə etmək üçün apteklərə axışdı.

Media.Az D vitamininin koronavirusun profilaktikasında və müalicəsindəki rolu, həmçinin nəzarətsiz qəbul edilmə riskləri barədə cərrah-endokrinoloq, qalxanvarı vəzinin xəstəliklərinin diaqnozu və müalicəsi üzrə mütəxəssis Xaqani Həsənovla söhbət edib.

- D vitamini bugünkü pandemiya kontekstində niyə bu qədər vacibdir?

- Bədənimizdə D vitamininin səviyyəsi nə qədər yüksəkdirsə, orqanizmin müxtəlif xəstəliklərə, o cümlədən koronavirusa müqaviməti bir o qədər güclü olur.

- Analizin nəticələri məlum olmadan D vitamini preparatlarını qəbul etmək olar?

- Bəli. Minimum profilaktik doza gündə 2000BV təşkil edir. Amma bu miqdar bədəndə vitamin səviyyəsinin normada olduğu şəxslərə aiddir. Əgər orqanizmdə vitamin çatışmazlığı varsa, profilaktik dozanın qəbulu az effektli olacaq, belə ki, dərman vasitələri ilə D vitamininin deposunu doldurmaq mümkün deyil. Əgər analizin nəticələri D vitamininin çatışmazlığını göstərirsə, bu zaman vitamin səviyyəsini normal vəziyyətə gətirmək üçün yüksək terapevtik dozalar təyin edilməlidir. Yalnız bundan sonra normal səviyyəni qorumaq üçün profilaktik dozalar qəbul edilə bilər.

- D vitamini koronavirusla mübarizədə nə qədər effektivdir?

- Əgər bir şəxs koronavirusa yoluxubsa, təbii ki, yalnız D vitamini ona kömək etməyəcək. Bu, ancaq kompleks müalicədə əhəmiyyətlidir. Belə vəziyyətdə D vitamininin çatışmazlığını yoxlamaq üçün analiz vermək lazımdır. Bu, həkimə müvafiq terapevtik doza təyin edə bilməsi üçün lazımdır.

- Bir insan orqanizmində D vitamininin çatışmazlığını necə təyin edə bilər?

- Orqanizmdə D vitamininin çatışmazlığı zamanı əsas şikayət oynaq, ayaq, əzələ ağrılarından ibarət olur, barmaqlarda keyimə yaşanır. Çox vaxt bu cür xəstələr barmaqlarının ucunda sanki “qarışqaların hərəkət etməsi”ndən şikayət edirlər. Həmçinin dişlərin və dırnaqların düşməsi, saç tökülməsi, həddən artıq tərləmə, əsəbilik və əmək qabiliyyətinin zəifləməsi də qeyd oluna bilər.

- D vitamini çatışmazlığını dərmanlarla deyil, təmiz havada gəzmək və yaxşı qidalanmaqla aradan qaldırmaq mümkündürmü?

- Təbii ki, D vitamininin əsas mənbəyi günəş şüalarıdır. Bölgəmizdə günəşli günlərin maksimal sayı may-sentyabr aylarına təsadüf edir. Məhz bu zaman kəsiyində bədənimizdə D vitamininin səviyyəsini artıra bilərik.

Orqanizmin D vitamini normasını saxlamaq üçün insan həftədə ən azı üç dəfə günəş vannası qəbul etməlidir, bədənin 70%-nə günəş şüaları dəyməlidir. Günəş şüalarının yalnız üzə və əllərə düşdüyü adi gəzintilər isə nəzərə alınmır. Belə gəzintilər yalnız gündəlik vitamin normasını ödəyə bilər, ehtiyat vitamin tədarükü yığmaq mümkün deyil.

Qidalara gəlincə, əsasən dəniz məhsulları, misal üçün treska balığının qaraciyəri D vitamini ilə zəngindir. Ancaq bir fərqi anlamaq lazımdır. Günəş şüaları vasitəsilə biz daha aktiv metabolit olan D3 vitamini, qida məhsullarından isə aktivliyi daha az olan D2 vitamini qəbul edirik.

- Apteklərdə tərkibində kalsium olan dərmanlarla D vitamini preparatının yanaşa satıldığını tez-tez görürük...

- Bu, çox vacib məqamdır. D vitaminini qəbul edərkən bədəndə kalsiumun mənimsənilməsi yüksəlir. Buna görə, D vitamininin qəbulu zamanı qidanız lazımi miqdarda kalsium istehlak etmirsə, mütləq dərman şəklində kalsium qəbul edilməlidir. Əks təqdirdə, bədən başqa yerdə kalsium mənbələri tapmağa çalışacaq, çünki o, orqanizmimiz üçün çox vacib elementidir. Bədənimizdəki əsas kalsium mənbəyi sümüklərdir, buna görə, bədən onu sümüklərdən almağa başlayacaq.

- Orqanizmdə D vitamininin normadan artıq olması nə ilə nəticələnə bilər?

- Təbii ki, D vitamininin qəbulunda sui-istifadəyə yol vermək olmaz. Həkimin icazəsi olmadan bu vitamini nəzarətsiz qəbul etmək qadağandır. İcazə veriləndən artıq qəbul hipervitaminozla nəticələnəcək, bu isə ürəkbulanma ilə müşayiət olunan intoksikasiyaya səbəb olur.

- D vitamini çatışmazlığı olan xəstələrlə tez-tez qarşılaşırsınız?

- Müşahidələrimə görə, orqanizmdə D vitamini çatışmazlığı bizim vətəndaşlarımız arasında geniş yayılıb. Qalxanvari vəzinin xəstəlikləri ilə məşğul olan həkim kimi, xəstələrin şikayətlərini nəzərə alıb, D vitamininin səviyyəsini öyrənmək üçün analiz təyin edirəm.

- D vitamininin çatışmazlığı ilə onkoloji xəstəliklər arasında əlaqə varmı?

- Bu kontekstdə məlumatlar ziddiyyətlidir. Bəzi mənbələr D vitamini çatışmazlığının xərçəng riskini artırdığını iddia edərkən, digər mənbələr həmin məlumatı təkzib edir. İstənilən halda, onkoloji xəstəlikləri nəzərə almasaq belə, onun bədəndə normada olması insanın sağlam həyat sürməsinə daha çox təminat verir, nəinki əksi.

- D vitamininin qalxanvari vəzinin xəstəliklərində rolu nə qədərdir?

- Autoimmun tireoidit (Haşimoto xəstəliyi) adlanan qalxanvari vəzi xəstəliyi var. Bu xəstəlik müalicə olunmur, lakin qalxanvari vəzinin funksiyasını qorumaq üçün D vitamini müalicəsi təyin edilə bilər.

DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO

Xəbər xətti

XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Hamısı