ÜST və tərəfdaşları Azərbaycanda REACT-C19 layihəsini yekunlaşdırıblar

Sağlamlıq 17:58 03.07.2020

Azərbaycanda COVID-19-a qarşı hazırlıq və mübarizə tədbirləri çərçivəsində xəstəxanalarda əsas bacarıqları sürətlə artırmaq məqsədilə həyata keçirilən REACT-C19 layihəsi üç aylıq marafondan sonra Bakıda və regionlardakı seçilmiş xəstəxanalarda işini yekunlaşdırıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisindən verilən məlumata görə, hər biri iki həftə davam edən dörd mərhələdə həyata keçirilən layihə, beş bölgədəki - Bakı, Gəncə, Şəmkir, Ağdaş və Goranboydakı 12 xəstəxananı əhatə edib. Layihə çərçivəsində COVID-19 laboratoriya nəticələrinin təfsiri, koronaviruslu ağır xəstələrin idarə edilməsi daxil olmaqla, müxtəlif mövzularda keçirilən təlimlərdə iştirak sayı 1185 olub. Beş xəstəxanada infeksiyaya nəzarət komitələrinin yaradılmasına dəstək göstərilib, digər xəstəxanaların eyni təcrübədən istifadə etməsi üçün nümunə yaradılıb.

Xəstəxanaların monitorinqi və qiymətləndirilməsinin tərkib hissəsi kimi tətbiq olunan ÜST-ün Xəstəxana Hazırlıq Siyahısı nəticəsində layihənin həyata keçirildiyi əksər xəstəxanalarda infeksiyanın qarşısının alınması və nəzarət tədbirlərinin gücləndirilməsi, xəstələrin idarə olunması, nəzarət və hadisələrin idarə edilməsində əhəmiyyətli irəliləyişlər əldə olunub. Çətinliklər və təkmilləşdirmə yolundakı maneələr tövsiyələrlə birlikdə rəsmi qurumlara təqdim edilib.

12 xəstəxanada COVID-19-a qarşı hazırlığı dəstəkləməklə yanaşı, “Yeni Klinika”nın daxilində Təlim Mərkəzi də yaradılıb. 12-30 iyun tarixləri arasında 119 tibb işçisi bu Mərkəzdə “COVID-19-dan qorunmağın üsulları” mövzusunda təlimlərdə iştirak edib.

REACT-C19 layihəsi nəticəsində ÜST, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyi ilə yanaşı, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu kimi digər qurumlar arasında əməkdaşlıq gücləndirilib, məqsədyönlü təlimlər vasitəsilə insan resursları potensialı artırılıb.

Layihə yekunlaşsa da, orada iştirak edən konsultant-həkimlərin bir çoxu ölkəyə dəstəyi davam etdirmək üçün bir müddət daha Azərbaycanda qalmaq qərarına gəliblər.

REACT-C19 layihəsi Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, USAID, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Koreya Respublikası ilə birgə əməkdaşlıq çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda COVID-19-a qarşı xəstəxanalarda əsas bacarıqları artırmaq məqsədilə həyata keçirilib. Türkiyədə yoluxucu xəstəliklər, pulmonologiya, anesteziologiya və reanimasiya, daxili orqanların xəstəlikləri üzrə işləyən 19 həkim REACT-C19 heyətində təmsil olunublar.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" yarımfinala yüksəldi
10:06 05.07.2025
Yaponiyada güclü zəlzələ baş verib
09:32 05.07.2025
Hamısı