“İnkişafa Doğru Qadın Təşəbbüsü” ÜST-ün hepatit virusları barədə animasiya çarxının Azərbaycan versiyasını hazırlayıb

Sağlamlıq 18:31 28.07.2020

Dünyada 28 İyul Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir. Bu gün, qlobal ictimai səhiyyə problemi olan viruslu hepatitlər barədə maarifləndirməyə, dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinə və bu istiqamətdə fəaliyyətlərin stimullaşdırılmasına xidmət edir.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi  bu günə töhfə olaraq ÜST-ün hepatit virusları mövzusuna həsr olunmuş animasiya çarxının Azərbaycan dilində versiyasını hazırlayıb. Çarx təşkilatın feysbuk sosial şəbəkədəki səhifəsindən yayımlanır:

Animasiya çarxı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gətirilib.

Bu barədə sayta ictimai birliyin sədri Ziba Nəbiyeva məlumat verib.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin   sədri bildirib ki, ana dilimizdə hepatit virusları barədə animasiya çarxları yox dərəcəsindədir. Vizual görüntülər və səhnələşmiş kadrlar vasitəsilə isə maarifləndirici materiallar daha rahat mənimsənilir və yadda qalır. Nəticə etibarilə, az vaxt sərf etməklə daha çox məlumatdan faydalanmaq olur. Bu baxımdan ilk dəfə Azərbaycan dilində hazırlanmış animasiya çarxı hər yaş kateqoriyasından olan insanların maariflənməsinə xidmət edəcək.

28 iyulun Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilməsinin öz tarixçəsi var. Amerikalı alim Barux Semuel Blamberq elmi araşdırmalar zamanı 1964-cü ildə Avstraliya aborigeninin qanında  Hepatit B virusunun antigenini (HBsAg-Hepatitis B surface antigen) müəyyən etmiş və qaraciyərin iltihabı xəstəliyinin səbəbkarı olduğunu sübuta yetirmişdi. Daha sonralar isə, Blamberqin  tədqiqat qrupu, qanda hepatit B virusunu təyin etmək üçün test və xəstəliyin qarşısının alınması məqsədi ilə peyvənd yaratmışdı. Alim bu kəşfinə görə 1976-cı ildə Nobel mükafatına layiq görülmüşdü. Onun elmə verdiyi töhfələr yüksək qiymətləndirilərək qeyd olunan 28 iyul Ümumdünya Hepatit günü Blamberqin doğum tarixinə həsr edilmişdi.

Ziba Nəbiyeva qeyd edib ki, xroniki viruslu hepatitlər əksər hallarda simptomsuz keçdiyi üçün ağırlaşmış halda özünü biruzə verir. Bu viruslar qaraciyərin sirrozu və xərçənginə səbəb ola bilir. Hər il dünyada təxminən 1milyon 400 min insan bu xəstəliklərdən dünyasını dəyişir.

Hepatit viruslarının zamanında aşkar olunması üçün mütəmadi olaraq profilaktik müayinələrdən keçmək lazımdır. Xüsusən cütlüklərin nikah öncəsi və xanımların hamiləlikdən əvvəl bu viruslara yoxlanılması çox önəmlidir.

Əsas məsələ təhlükəli sayılan Hepatit B, C və D viruslarının yoluxma yolları və onlardan qorunma tədbirləri barədə məlumatlı olmaqdır. Hepatit B virusundan qorunmağın ən etibarlı yolu peyvəndlənməkdir.  HBV əleyhinə vurulan peyvənd hepatit Delta (HD) virusuna yoluxmanın da qarşısını alır. Beləliklə, peyvənd olunmaqla iki təhlükəli, xroniki hallarının hələ da tam sağalması nadir hallarda rast gəlinən xəstəlikdən yaxa qurtarmaq olar.

Hepatit C virusu əleyhinə isə hələlik peyvənd kəşf olunmayıb. Amma bu xəstəliyin müalicəsi ilə bağlı dünya səhiyyəsindəki nailiyyətlər Hepatit C virusundan tam sağalmanı əksər hallarda təmin edə bilir. Yetər ki, xəstəliyin müalicəsinə zamanında başlanılsın.

Qeyd etmək lazımdır ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyində yoluxucu xəstəliklər - QİÇS, vərəmlə yanaşı, hepatit virusunun erkən müayinə və müalicəsi həllini gözləyən məsələlər sırasında yer alıb.

Ümumdünya Səhiyyə Assambleyasının 69-cu sessiyasında “Viruslu hepatitlər üzrə qlobal strategiya” adı altında qəbul olunmuş fəaliyyət planına əsasən hepatitlərə yeni yoluxmaların sayının 2030-cu ilə qədər 90%, ölüm hallarının isə 65% azaldılması hədəf götürülüb.

 


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı