Bu gündən Azərbaycana gətiriləcək vaksinlər 2 il müddətində vergidən azad olunur | Eurasia Diary - ednews.net

9 May,


Bu gündən Azərbaycana gətiriləcək vaksinlər 2 il müddətində vergidən azad olunur

Səhiyyə A- A A+

Bu gündən koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin Azərbaycana idxalı 2 il müddətinə ƏDV-dən azad olunur.

Eurasia Diary xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minib.

Məcəlləyə edilmiş dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı – 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azad olunub.

Digər dəyişikliklə isə illik emalı 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materialların əlavə dəyər vergisindən 2 il müddətinə azad olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...