Türkiyədə “Sinovac” vaksini vurduranların sayı yüz mini ötüb | Eurasia Diary - ednews.net

7 May, Cümə


Türkiyədə “Sinovac” vaksini vurduranların sayı yüz mini ötüb

Səhiyyə A- A A+

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Çin istehsallı “Sinovac” vaksininin tətbiqi sürətlə aparılır. Türkiyə vaxtı ilə saat 15.30-a qədər 102 min 365 nəfər “Sinovac” vurdurub.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca “Twitter” sosial şəbəkə hesabından paylaşım edib.

Qeyd edək ki, Türkiyədə 163.692 nəfər səhiyyə işçisi var. İlk növbədə könüllü olaraq tibb sahəsində çalışanlar peyvəndləməyə cəlb olunublar. Hər kəsə 28 günlük fasilə ilə iki doza “Sinovac” vaksini vurulması nəzərdə tutulub.

Türkiyədə ilk “Sinovac” vaksini nazir Fahrettin Kocaya vurulub. Prosesə yanvarın 13-də axşam saatları start verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...