"Heç kim bilmir hansı mutasiyalar olacaq. Qoruyucu tədbirlər çox vacibdir" - ÜST | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


"Heç kim bilmir hansı mutasiyalar olacaq. Qoruyucu tədbirlər çox vacibdir" - ÜST

Səhiyyə A- A A+

“Mutasiyalarının gözlənilməz olması səbəbindən koronavirusa qarşı qorunma tədbirlərinin davamlı şəkildə həyata keçirilməsi vacibdir”. 

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vuinoviç "Rusiya-24" telekanalına müsahibəsində deyib. 

ÜST rəsmisi bildirib ki, yeni koronavirus ineksiyaları müvafiq laboratoriyaların ciddi nəzarəti altındadır: “Rusiyada da genetik tədqiqatlar aparılır. Hansı şəkildə mutasiyalar olacaq və bunlar nələrə səbəb ola bilər, heç kim bilmir. Buna görə də qoruyucu tədbirlərin davam etdirilməsi çox vacibdir”.

Vujnoviç əlavə edib ki, pandemiyaya qarşı mübarizədə maska taxmaq, şəxsi gigiyenaya riayət etmək, sosial məsafənin qorumaq lazımdır: “Mümkün olan hər şeyi etmək çox vacibdir, çünki virusun yayılmasını dayandırmalıyıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...