Rusiya qərb peyvəndlərinin "qara piar"ını aparır “Wall Street Journal”-dan iddia

Sağlamlıq 15:35 17.03.2021

ABŞ-ın “Wall Street Journal” qəzetində Rusiyanın xaricdə istehsal olunan vaksinlərə qarşı “qara piar” kampaniyası apardığına dair məqalə dərc olunub. Məqalənin müəllifləri Maykl Qordon və Dastin Voltsdur.

Eurasia Diary-nin məlumatına görə, məqalədə deyilir ki, Rusiyanın xüsusi xidmət orqanları ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkətinin birgə istehsal etdiyi peyvəndə, həmçinin Qərbdə hazırlanmış digər peyvəndlərə qarşı “qara piar” kampaniyası aparır. İnternet nəşrləri vasitəsilə aparılan kampaniyada əsas məqsəd insanların bu peyvəndlərə inamını sarsıtmaqdır.

“Wall Street Journal” yazır ki, ABŞ Dövlət Departamentinin xarici dezinformasiylar üzrə qlobal əlaqələr mərkəzinin rəsmisi Rusiya kəşfiyyatına işləyən dörd saytın adını çəkib: “New Eastern Outlook”, “Oriental Review”, “News Front” və “Rebel İnside”.

Bu saytların yaydığı materiallarda “Pfizer”-“BioNTech” peyvəndinin effektivliyini şübhə altına almağa cəhdlər göstərilir. Məsələn, “Pfizer”-“BioNTech”in əks təsirləri barədə şişirdilmiş məlumatlar dərc edilir və ABŞ-ın bu peyvəndi təsdiqləməkdə tələsdiyi iddia olunur.

Dövlət Departamentin rəsmisi “New Eastern Outlook”, “Oriental Review”, “News Front” və “Rebel İnside” saytlarının Rusiyanın kəşfiyyat xidmətləri ilə birbaşa əlaqəli olduğunu, onların redaksiyalarının ABŞ-ın hüdudlarından kənarda yerləşdiyini deyib: “Onlar əhatə dairəsi, ton və auditoriya baxımından çox fərqlidirlər, amma hamısı Rusiya təbliğatının və dezinformasiya sisteminin bir hissəsidir”.

Dövlət Departamentin rəsmisi “New Eastern Outlook” və “Oriental Review” saytlarının Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin nəzarətində olduğunu deyib. O qeyd edib ki, bu iki sayt özünü akademik nəşr kimi təqdim edir və hədəfləri Orta Şərqdə, Asiya və Afrikada yaşayan insanlardır. “New Eastern Outlook” və “Oriental Review” saytlarında ABŞ-ın dünyadakı roluna dair tez-tez şərhlər verilir.

Amerikalı məmur “News Front” nəşrinin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə, “Rebel İnside” saytının isə Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinə aid olduğunu söyləyib.

“Wall Street Journal”dakı məqalədə qeyd olunur ki, “News Front” və “Rebel İnside” saytlarının auditoriyası geniş deyil, ancaq ayrı-ayrı KİV-lər, o cümlədən Rusiya KİV-ləri bu saytlarda gedən materiallardan yararlana bilər.

Maykl Qordon və Dastin Volts yazırlar ki, peyvəndə şübhə yaratmaq cəhdləri zamanı peyvəndlərin effektivliyi və yan təsirləri sarıdan cəmiyyətdə mövcud olan narahatlıqdan sui-istifadə edilir. ABŞ-da əhalinin siyahıyaalınması ilə məşğul olan büronun ötən ay yaydığı hesabata əsasən, insanlar ilk növbədə vaksinlərin əks təsirlərindən narahat olduqlarına görə peyvəndlənməyə tərəddüd edirlər.

Kremlin sözçüsü Dmitri Peskov Qərb peyvəndlərinə şübhə yaradan məqalələrin arxasında Rusiya qurumlarının dayandığı iddiasını rədd edib. Peskov belə iddiaları cəfəngiyyat adlandırıb və peyvəndlərə qarşı “qara piar” kampaniyasında Rusiyanın xüsusi xidmət orqanlarının heç bir rolunun olmadığını bəyan edib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Hamısı