Oksigen çatışmazlığı minlərlə adamı öldürür

Sağlamlıq 21:47 22.06.2021

Böyük Britaniyanın “The Guardian” qəzetində “Oksigen çatışmazlığı minlərlə adamı öldürür. Biz niyə lazımi tədbirləri görmürük?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Kembric Universitetinin müəllimi, intensiv terapiya üzrə mütəxəssis Şarlot Sammersdir. 

Yaşadığımız pandemiya şəraiti təkcə vaksin və dərmanlara deyil, xilasedici vasitə olan oksigenə də əlçatanlığın qeyri-bərabər olduğunu göstərdi.

Ağır xəstələrə baxmaq qaydaları sadədir: xəstənin ağciyərləri hava alıb-buraxmalı, qanı dövr etməlidir. Pandemiya dünyada səhiyyə sistemlərinin bu sadə qaydaları təmin etməkdə nə qədər aciz olduğunu üzə çıxardı.

Son aylarda peyvəndlərə, dərman terapiyasına və ağciyərlərin süni ventilyasiyası cihazlarına çox diqqət yetirilir, amma insanın ən əsas tələbatından – oksigendən az danışılır.

Oksigen bizi dörd bir yandan əhatə etsə də, bir çox səhiyyə müəssisəsində ciddi oksigen çatışmazlığı var. Buna səbəb xəstələrə oksigen ötürən böyük vakuum izolyasiyalı buxarlandırıcılar (bir növ nəhəng, çox soyuq vakuum balonları) kimi gərəkli infrastrukturun bahalı olmasıdır.

Mütəmadi qulluğa ehtiyacı olan belə cihazlara vaxtlı-vaxtında maye oksigen doldurulmalıdır. Bu cür cihazların olmadığı xəstəxanalarda havadan alınan oksigenlə işləyən konsentratlardan istifadə edilir. Konsentrantların işə düşməsi üçün elektrik və təzyiqli hava tələb olunur ki, bunlar da qıtdır. Bəzən qısamüddətli oksigen terapiyasını təmin edən balonlardan istifadə olunur, ancaq onlar da vaxtlı-vaxtında doldurulmalıdır, bu isə etibarlı boru xətlərinin olmasına bağlıdır.

Mən tənəffüs yolları və reanimasiya müalicəsi üzrə ixtisaslaşmış həkiməm. Şükürlər olsun, indiyədək elə bir vəziyyətlə qarşılaşmamışam ki, xəstənin oksigen terapiyasına ehtiyacı olduğu halda lazımi cihazı tapmayım. Ancaq bir çox ölkədə tibb işçiləri cihaz çatışmazlığı ilə tez-tez üzləşirlər.

Pandemiya müddətində demək olar dünyanın hər yerində oksigen təchiz edən sistemlərlə bağlı çətinliklər yarandı. İngiltərədə çoxdan fəaliyyət göstərən xəstəxanalar oksigenə möhtac olan böyük xəstə axınlarının öhdəsindən gəlmək üçün illərlə mübarizə aparıblar. Bəzi aşağı və orta gəlirli ölkələrdə isə oksigen təchizatı infrastrukturu heç mövcud olmayıb.

İnsan ağciyərləri alveol adlanan xırda hava kisələrindən ibarət böyük qaz mübadiləsi səthidir. Alveolların qırışları açılıb hamarlananda ölçüsü böyüyür. Ağciyərlərin məqsədi bədəndəki hüceyrələrin işini təmin etmək üçün havadakı oksigeni qana ötürmək və qandakı karbon dioksidi havaya buraxmaqdır. Pnevmoniyaya səbəb olan COVİD-19, qrip və digər bu kimi infeksion xəstəliklər nəticəsində ağciyərlər oksigeni qana ötürməyə çətinlik çəkir və bu hal kəskin hipoksemik tənəffüs çatışmazlığı adlanır.

Kəskin hipoksemik tənəffüs çatışmazlığı olan xəstələrə dərhal oksigen verilməlidir. Dünya Səhiyyə Təşkilatı 2017-ci ildə oksigeni tənəffüs çatışmazlığının müalicəsində əsas dərmanlar siyahısına daxil etsə də, hələ də insanlar oksigen çatışmazlığından ölürlər. Müalicəsi mümkün olan pnevmoniyadan 2017-ci ildə dünyada 2,5 milyondan çox insan vəfat edib (onların üçdə biri 5 yaşınadək uşaqlardır).

Mən pandemiyadan əvvəl Afrika ölkələrində kəskin hipoksemik tənəffüs çatışmazlığını araşdırmaq üçün Uqandada çalışmışam. Uqandadakı təcili yardım şöbələrinə gələn xəstələrin 4,5 faizi tənəffüs çatışmazlığından əziyyət çəkirdi. Orta yaş həddi 38 yaş olan belə xəstələrin 77 faizi məhz xəstəxanada dünyasını dəyişirdi.

Araşdırmalar göstərir ki, oksigen terapiyası pnevmoniyadan ölüm riskini 35 faiz azaldır. Oksigen təchizatının yaxşılaşdırılması hər il 120 mindən çox uşağın həyatının xilas edilməsi deməkdir.

Oksigenə ehtiyacı olan xəstələrə dəqiqədə 15 litrə qədər oksigen istifadə edən sadə üz maskaları, dəqiqədə 60 litrə qədər oksigen ötürən yüksək axınlı sistemlər və ya 70 litrdən artıq oksigen istifadə edə bilən yüksək təzyiqli sistemlər vasitəsilə oksigen verilə bilər. Əsas odur oksigen cihazı etibarlı, sayca çox olsun və fasiləsiz işləyə bilsin.

Bahalı dərman müalicələri və ya ağciyərlərin mexaniki ventilyasiyası kimi kompleks müalicələr xəstənin həyatda qalması üçün marjinal irəliləyişlər təmin edə bilər.

Hökumətlər və səhiyyə siyasəti neçə ildir dünya xəstəxanalarında oksigen çatışmazlığının öhdəsindən gələ bilmir. Amma həm pandemiya şəraitində, həm də gələcəkdə xəstələri oksigenlə lazımi səviyyədə təchiz etmək mümkündür; əgər elm adamları kosmik stansiyada aylarla yaşayan astronavtları oksigenlə təmin edə bilirlərsə, deməli, Yer üzündə də oksigenə ehtiyacı olanları təmin etmək mümkündür.

Pandemiya dövründə dərman və peyvənd kimi əsas müalicə vasitələrinin tətbiqində bərabərsizlik diqqəti çəkdi. Oksigen də bu siyahıya daxil edilməlidir. Dünyada oksigen təchizatının yaxşılaşdırılması üçün lazımi infrastruktura və mütəxəssislərin hazırlanmasına investisiya qoyulmalıdır.

Dünya üzrə maye oksigen həcminin yalnız 1 faizi tibbi oksigen üçün ayrılır; qalan hissəsi əsasən mədən və polad istehsalı kimi sənaye sahələrində istifadə olunur. Xəstələrin tibbi oksigenlə təmin edilməsi hər il minlərlə insanı ölümdən qurtara bilər.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
Hamısı