Bu şəxslərə 3-cü dozanın tətbiqi lazımsızdır İnfeksionist

Sağlamlıq 13:44 10.07.2021
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölkədə vurulan vaksinlərin ümumi sayı isə 4 015 612 təşkil edir. Bu arada koronavirusa yoluxanların və vaksin olunanların 3-cü doza peyvənd olunmaları ətrafında müzakirələr də gedir. Yeri gəlmişkən, vaksinlərin “Delta” ştammına qarşı qoruyuculuğunun olmaması barədə iddialar da var. Digər tərəfdən vaksin olunan şəxslərin virusa yoluxması da peyvəndləmə işinə kölgə salır.
 
Eurasia Diary xəbər verir ki, həkim-infeksionist Gülnarə Əhmədova Musavat.com-a açıqlamasında hazırda virusla mübarizədə vaksinasiyadan başqa çıxış yolu olmadığını bildirib:
 
“Əslində lap əvvəldən də qeyd etmişdik ki, qrip peyvəndi necədirsə, koronavirusa qarşı vaksinlər də o cür effekt verir. Yəni xəstəliyi keçirməyən adama bu peyvənd vurulanda xəstəliyə qarşı immunitet yaranır. Peyvəndlər ağırlaşmanın qarşısını ala bilir. Amma tam olaraq yoluxmayacaq deyə qarantiya verilə bilməz. Amma virusla mübarizədə peyvənd yeganə mübarizə üsuludur. Çünki bu gün virusa qarşı başqa preparat icad olunmayıb. Lap əvvəldən də demişdim, bu infeksiyanın kökünü kəsmək o halda mümkün ola bilərdi ki, bütün ölkələr eyni vaxtda qapıları açsın, hər kəs yoluxsun. Yalnız onda yox ola bilərdi. Bir ölkə sərt karantin, digəri yumşalmalara gedir. Bu formada xəstəlikdən qurtulmaq mümkün deyil. Ona görə indiki məqamda ümid yalnız vaksinlərədir”.
 
Həkim vaksin olunandan 6 ay sonra immunitet yaranmayanlara üçüncü dozanın vurulması təklifinə münasibət bildirib:
 
“Hesab edirəm ki, bu tamamilə lazımsız, artıq bir şeydir. Çünki insan xəstələnib artıq, onda artıq nə immunitet yaranıbsa, yaranıb. Yaranmayıbsa, o insana boş yerə köhnə ştammın virusunu yükləmək mənasızdır. İnsan ilk çıxan ştammla xəstələnib. Üstəgəl peyvənd də o ştammın əsasında hazırlanıb. Yenidən onu insana yeritməklə nə əldə edəcəyik?! Bu sadəcə bədəni yükləməkdir”.
 
Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov isə deyib ki, ÜST koronavirusa qarşı 6 peyvəndi təsdiqləyib, həmin peyvəndlərdən birinin 12 yaşdan yuxarı şəxslərə tətbiq olunmasına başlanılıb:
 
“Pfizer”in risk qrupunda olan 12 yaşdan yuxarı uşaqlara vurulması tövsiyə olunur. Bu, rahatlıqla uşaqlara vurula bilər. Hazırda digər vaksinlərin uşaqlara tətbiqi ilə bağlı araşdırmalar gedir. Təxminim odur ki, yaxın zamanda 2-3 peyvəndin uşaqlara vurulması mümkün olacaq. Əgər “Pfizer” vaksini əlçatandırsa, 12 yaşdan yuxarı, xüsusən risk qrupu olan uşaqlara vurulması tövsiyə olunur".
 
O deyib ki, COVID-19-la bağlı risk qrupunda olan uşaqlar xroniki böyrək, ürək, ağciyər, qaraciyər xəstəlikləri olanlardır: “Xüsusən ağciyərlərində problemi olanlar bu qrupa aiddir. Həmçinin COVID-lə bağlı 1 yaş altındakı uşaqlar da risk qrupudur, amma onlar üçün hazırda koronavirus əleyhinə dünyada təsdiqlənmiş peyvənd yoxdur. Amma Amerika artıq 12 yaşdan yuxarı uşaqlara ”Pfizer" vaksinini vurur".
 
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva isə bildirib ki, səyahət zamanı kütləvi yerlərə gedərkən, orada bir çox ölkədən insanların olduğunu nəzərə alaraq maska ilə qorunmaq çox yaxşı haldır:
 
“Tənəffüslə yoluxan bir çox xəstəliklərə yaxın təmasda olduqda yoluxmaq olar”.
 
Qarayeva qeyd edib ki, yayda uşaqlarla səyahət zamanı xüsusi mazlar və məlhəmlər götürmək lazımdır:
 
“Bu zaman mazın iyi həşəratları bədəndən uzaqlaşdırır”, - deyə o əlavə edib.
 
Qarayeva əlavə edib ki, pandemiya gigiyena qaydalarının yayılmasında və buna əməl olunmasında müsbət rol oynadı:
 
“Əvvəl insanlar bu qaydalara əməl etmirdilər, indi isə bununla bağlı məsləhət verməyə də ehtiyac yoxdur:
 
“İndi insanlar üzərində əl üçün antiseptik məhlul gəzdirir. Tövsiyə edirəm ki, imkan olduğu halda əlləri adi su və sabunla yuyun. Antiseptiklərin çox istifadəsi bəzən allergik reaksiyalar, dəridə qıcıqlanmalar yarada bilir".
 
O bildirib ki, astma əlaməti olaraq ara-ara öskürək olsa belə, bu da əks göstəriş deyil. Həkim qeyd edib ki, bir çox ölkələr tərkibində civə olan peyvəndləri milli təqvim proqramından çıxarıb:
 
“İndiki istehsal prosedurları təkmilləşib və zərərlər minumuma enib. İnsanlarda isə bəzi qorxular qalıb. Bir çox ölkədə peyvənd məcburi olub, uşaqlara peyvənd vurdurmadan onları bağçaya qoya, məktəbə göndərə bilməzlər. Valideynlər maariflənməlidirlər ki, bizim ölkədə uşaqlar vaxtında peyvənd olunsun, sadə xəstəliklərdən dünyasını dəyişməsinlər”.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Hamısı