Koronavirusun dünyanı lərzəyə salan “omikron” ştamında insan geni aşkarlandı Bu nə deməkdir və nə ilə nəticələnə bilər?

Sağlamlıq 18:16 05.12.2021

ABŞ-ın Kembric universitetindən olan (Massaçustes ştatı) virusoloqlar koronavirusun hazırda dünyanı lərzəyə salan “omikron” ştamında insan geni aşkar ediblər.

EDNews.net xəbər verir ki, araşdırmanın nəticələri “OSF Preprints” saytında dərc olunub, araşdırma qrupuna Venki Saundararacan rəhbərlik edib, məlumatların analizi ilə məşğul olan “Nference” şirkəti araşdırmaya dəstək verib.

Virusoloqlar müəyyən ediblər ki, “omikron” ştamı koronavirusun genetik kodunda və eyni zamanda insan genində yer alan və soyuqdəymə xəstəliyini yaradan mutasiyalardan birini əldə edib. Başqa sözlə, koronavirusun bu mutasiyası soyuqdəymə xəstəliyini yaradan digər respirator virusunun genetik materiallarının bir hissəsini özünə götürüb.

Alimlər müəyyən ediblər ki, bu cür genetik ardıcıllıq koronavirusun indiyədək rast gəlinən heç bir digər mutasiyasında aşkarlanmamışdı. Bu səbəbdən “omikron” həmin gen fraqmentini əldə edərək “daha insani xarakter alıb” və bu da yeni ştama insanın immun sisteminin hücumunu dəf etməyə imkan verir. Amma alimlər hesab edirlər ki, insan geninin və soyuqdəymə virusunun geninin kodlarını özündə əks etdirən yeni ştam xəstəliyin ağır keçməsinə səbəb olmayacaq. Başqa sözlə, “omikron” ştamına yoluxanlarda xəstəlik yüngül və simptomsuz keçə bilər. Lakin alimlər yeni ştamın əvvəlkilərə nisbətən nə qədər çox sürətlə yayılacağı haqda suala cavab tapa bilməyiblər. Bu səbəbdən doktor Saundararacan xəstələnməmək üçün ən yaxşı yolun koronavirusa qarşı peyvənd vurdurmaqdan ibarət olduğunu bildirir.

Bu arada Dünya Səhiyyə Təşkilatının (DST) baş elmi rəsmisi də adamları koronavirusun “omikron” variantından qorxuya düşməməyə çağırıb. Sumya Svaminatan bunu da deyib ki, mövcud vaksinlərin “omikron”a görə modifikasiyasına ehtiyac ola biləcəyinə dair ehtimal yürütmək hələ çox tezdir. Xanım Svaminatan “Reuters” agentliyinə habelə deyib ki, “omikron”un dünya boyunca dominant ştam olub-olmayacağını da hələlik demək mümkün deyil.

“Omikron” variantı artıq Asiya, Afrika, Amerika qitələrində, Yaxın Şərq və Avropada qeydə alınıb. Svaminatan deyib ki, virusun bu variantına qarşı tədbirlər hələ müəyyənləşdirilməyib: "Çoxmu narahat olmalıyıq? Biz hazırlıqlı və ehtiyatlı olmalıyıq, panikaya düşməməliyik, çünki hər halda bir il əvvəlki vəziyyətdə deyilik. Bütün dünyadakı yoluxmaların 99 faizi Delta ştamı ilədir. Təzə variant daha yoluxucu olmalıdır ki, dominantlığı Deltadan ala bilsin. Bu mümkündür, amma proqnozlaşdırmaq mümkün deyil”.

“Omikron” indiyədək 20-dən çox ölkədə qeydə alınıb, amma Delta hələ ki, əsas ştam olaraq qalır. Svaminatan deyib: "Gözləməliyik. Ümid edək ki, təzə variant daha yumşaq olsun…Lakin bu ştam haqqında bütövlükdə fikir söyləmək hələ çox tezdir”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı