Türkiyə Səhiyyə Nazirliyi “TurkoVac”ın təcili istifadəsinə icazə verib - ednews.net

17 Yanvar, Bazar ertəsi

Türkiyə Səhiyyə Nazirliyi “TurkoVac”ın təcili istifadəsinə icazə verib

Səhiyyə A- A A+

Türkiyədə COVID-19-a qarşı hazırlanmış “TurkoVac” peyvəndi təcili istifadə üçün təsdiqlənib.

EDNews.net-in xəbərinə görə, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan yeni peyvəndin Şanlıurfa və İstanbul şəhərlərində yerləşən mərkəzlərdə istehsal olunacağını qeyd edib.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sualını cavablandırarkən “TurkoVac” vaksininin növbəti həftənin sonlarından etibarən kütləvi istifadəsinə başlanılacağını əlavə edib.

Nazir bildirib ki, vaksinlə bağlı tədqiqatlar 1 həftə-10 gün ərzində tamamlanacaq və növbəti həftənin sonundan etibarən başda şəhər xəstəxanaları olmaqla kütləvi istifadəyə təqdim ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...