Dəfn edilərkən insana məxsus bütün orqanlar onun üzərində olmalıdır? “Orqan köçürülməsi haramdır” deyənlərə İLAHİYYATÇIDAN CAVAB

Sağlamlıq 14:04 17.01.2022

Yanvarın 1-dən  Azərbaycanda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun qüvvəyə minir.

Lakin bu qanun cəmiyyət arasında birmənalı qarşılanmayaraq böyük müzakirələrə səbəb olub. Bəziləri bunun islam dinində haram olduğunu, digərləri isə buna əks fikir səsləndirib.

Məsələnin aktuallığını nəzərə alaraq, mövzunu ilahiyyatçı Elşad Miri ilə müzakirə etdik. O, Ednews.net-ə açıqlamasında bildirib ki, dində bu məsələ ilə bağlı bir problem yoxdur.

Şeyxülislamın məqsədinin nə olduğunu anlamaq olmur” - Elşad Miri Yeni Sabah

“Quranda buyrulub ki, bir insana həyat vermək bütün bəşəriyyətə həyat verməkdir. Bu gün orqan nəqli keçiriləndə yalnız meyitdən yox, hər hansı orqanını yaxınına verən insanların da olduğu bizə məlumdur. Birincisi, orqan transplantasiyasını ticarətə çevirməmək lazımdır. İkincisi, sabah bunun mafiya qrupunun əllərinə keçməsinə imkan verməmək lazımdır”.

İlahiyyatçı bildirib ki, insanların dünyalarını dəyişəndən sonra müəyyən orqanlarının başqalarına köçürülməsi üçün razılıq vermələri təqdirəlayiq haldır. Onun sözlərinə görə, bu qərarı ancaq alqışlamaq olar.

“Dəfn edilərkən meyitə məxsus bütün orqanları onun üzərində olmalıdır” kimi fikirlər haqda ilahiyyatçı ekspert bildirdi ki, dində elə bir şərt yoxdur, bu, sonradan ortaya çıxarılmış məsələlərdir. O, həmin dövrdə belə orqan nəqli köçürülməsi mümkün olsaydı, buna qadağa olacağını güman etmədiyini də deyib.

“Çünki əsas olan insanın yaşaması, həyatını dərk etməsi, yolunu düzgün davam etdirməsidir. Bu gün bəzi heyvanlardan, hətta donuzun özündən belə böyrək, ürək köçürülməsi həyata keçirilir. Bunlar hamısı inkişaf mərhələsidir və alqışlanası haldır. Sadəcə qanun çərçivəsində olmasını təmin etmək lazımdır”.

Lakin məsələnin digər aspekti isə, orqan alveri ilə məşğul olan işbazlardır. Bu qanun onlara hansısa əlverişli şərait yarada bilərmi?

Yaranan bu suallara hüquq müdafiəçisi Sahib Məmmədovla aydınlıq gətirməyə çalışdıq. Saytımıza açıqlamasında o, bildirdi ki, Azərbaycanda orqanların və ya toxumaların transplantasiyası haqqında qanun hələ 1999-cu ildə qəbul edilib.

Koronavirusa yoluxan Sahib Məmmədov evə buraxılıb:

"Hazırda orqan mafiyası xüsusilə kasıb ölkələrdə geniş vüsət alıb. Məsələn, Əfqanıstandakı son proseslərdən sonra işsizlik səbəbilə donor mafiyası bu ölkəyə yönəlib. Vaxtilə Ermənistanda bizim əsir və girov götürülmüş həmvətənlərimizin, o cümlədən, uşaqların orqanlarının transplantasiyası həyata keçirilirdi".

Onun sözlərinə görə, qanunda həm sağ insan, həm də meyitdən hansı orqanların götürülməsi məsələsi tənzimlənir, eyni zamanda bunun prosedurları müəyyənləşdirilir.

"Düzdür, orqan donorluğu və transplantasiyası üzrə Etika komissiyası nəzərdə tutulub. Ancaq mütləq insanın orqanlarının onun iradəsinə zidd olaraq və yaxud onun sağlamlığı imkan vermədiyi halda transplantasiya olunması ilə bağlı məsuliyyət nəzərdə tutulmalıdır. Baxmayaraq ki, indiki cinayət məcəlləsinin müəyyən müddəaları ilə bu barədə cinayət işi başlatmaq olar. Amma yaxşı olar ki, bununla bağlı yeni müddəalar tətbiq olunsun. Bəzən insanlar orqanlarını borc asılığına düşərək məcburiyyətdən satır və bunu könüllü kimi rəsmiləşdirir. Ona görə də müvafiq hüquq mühafizə orqanları bunun üzərində nəzarəti gücləndirməlidir".

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
Hamısı