Bu ölkədə "Omicron"un yeni növü AŞKARLANDI - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Bu ölkədə "Omicron"un yeni növü AŞKARLANDI

Səhiyyə A- A A+

Böyük Britaniyanın tibb orqanları ölkədə ilkin təhlillərə görə daha da sürətlə yayılan koronavirusunun "Omicron" ştammının BA.2 yeni alt növünü aşkar ediblər.

Ednews xəbər verir ki, bu barədə krallığın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.

Bildirlib ki, indiyədək ölkədə yeni ştamla 426 yoluxma halı qeydə alınıb ki, onlardan 146-sı Londonda, daha 97-si isə Cənub-Şərqi İngiltərə bölgəsindədir.

Qeyd olunub ki, BA.2 subvariantına yoluxma dünyanın 40 ölkəsində müşahidə edilib. Hazırda ona yoluxanların ümumi sayı 8 mini ötüb.

Eyni zamanda, məlumdur ki, BA.2-yə ilk yoluxma halları Filippində qeydə alınıb. Onların böyük əksəriyyəti - 6,4 min nəfər olmaqla Danimarkada aşkarlanıb. Həmçinin Hindistan (530), İsveç (181) və Sinqapurda (127) da BA.2 daşıyıcıları müəyyən edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...